#Misirin Qəzza siyasəti

BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Faysal bin Fərhan bəyan edib ki, bölgədə təhlükəsizlik, sabitlik və rifahın təməli Fələstin xalqına ədalət bərpa olunmasından keçir. O, 1967-ci il 4 iyun sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının zəruriliyini vurğulayıb.

Ərdoğan və Makron arasında telefon danışığında Qəzzada ağırlaşan humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi və Fransanın Fələstini tanıma qərarı müzakirə olunub. Türkiyə Prezidenti iki dövlətli həllin vacibliyini vurğulayıb və Makronun mövqeyini alqışlayıb.