#Humanitar fəlakət Qəzza

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 21 fələstinli həyatını itirib. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın bölgədəki səhiyyə mənbələrinə istinadla yaydığı məlumata görə, İsrail ordusu Qəzza zolağında fələstinlilərə qarşı hücumlarını fasiləsiz şəkildə davam etdirir. Xan Yunis şəhərinin qərbində yerləşən Mevasi bölgəsindəki Tabəriyyə Stansiyası və Quyu 19 ətrafında məcburi köçkünlərin yaşadığı çadırlara edilən hücum nəticəsində 5 nəfər həlak olub.

Smotriçin planına görə, İsrail hər həftə Qəzzanın bir hissəsini ilhaq etməli, dörd həftə ərzində zolağın böyük hissəsini tam nəzarət altına almalıdır. Bu müddətdə fələstinlilərin cənuba köçürülməsi, şimal və mərkəzi bölgələrin isə mühasirəyə alınaraq qalan HƏMAS döyüşçülərinin təslim olmağa məcbur edilməsi nəzərdə tutulur. Nazir bildirib ki, bu proses 3-4 ay ərzində başa çata bilər.

Qəzza zolağında ağır şərait və saysız-hesabsız təhlükələr altında çalışan jurnalistlər, həyatlarını riskə ataraq, baş verənləri işıqlandırmağa və həqiqəti çatdırmağa davam edirlər. Onlar təkcə bombardman və partlayış təhlükəsi ilə üzləşmirlər, həm də elektrik enerjisinin tam kəsilməsi, günəş panellərinin İsrail tərəfindən hədəfə alınaraq məhv edilməsi, internetin uzun müddət kəsilməsi və digər maneələrlə qarşı-qarşıyadırlar.

Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində 71 ölü və 339 yaralı xəstəxanalara çatdırılıb. Martın 18-dən etibarən atəşkəsin pozulması ilə başlayan hücumlarda 11 min 121 fələstinli həlak olub, 47 min 225 nəfər yaralanıb. Mayın 27-dən bəri humanitar yardım paylama məntəqələrini hədəf alan hücumlarda isə 2180 nəfər həlak olub, 16 min 46 nəfər yaralanıb. Aclıqdan ölənlərin sayı 121-i uşaq olmaqla 317-yə yüksəlib. X platformasında yayılan məlumatlar, İsrailin hücumlarının humanitar böhranı dərinləşdirdiyini və beynəlxalq etirazların artdığını göstərir.

İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi rəhbərliklə təhlükəsizlik orqanlarının – ordu, xarici kəşfiyyat xidməti (Mossad), ordunun Hərbi Kəşfiyyat İdarəsi (Aman) və Daxili Təhlükəsizlik Xidməti (Şabak) – rəhbərləri arasında gedən açıq ixtilaflar, Qəzza şəhərinin və ya zolaqdakı digər mövqelərin tutulub-tutulmaması məsələsindən çox daha genişdir.

İsrail gec-tez ədalət qarşısında cavab verəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Təhlükəsizlik Akademiyasının Məzuniyyət mərasimində çıxış edərkən deyib. "Bu gün, xüsusilə Qəzzada baş verən hadisələr hər birimizi dərindən kədərləndirir. Məzlum bir xalqın beynəlxalq ictimaiyyətin gözü qarşısında soyqırıma məruz qalması insanlıq üçün ağır bir faciədir. Sionist cinayət şəbəkəsinin (İsrail - red.) davam edən hücumları isə ictimaiyyətdə qəzəb doğurur. Gücə arxalanaraq zorakılıq törədənlər mütləq məğlub olacaq və gec-tez ədalət qarşısında cavab verəcək" - deyə, Ərdoğan bildirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, İsrailin Qəzza zolağına hücumu, soyqırım siyasəti, aclıq vasitəsilə göstərdiyi təzyiqlər və bölgədəki ümumi vəziyyət barədə məlumat vermək məqsədilə parlamenti avqustun 29-da fövqəladə iclasa çağırıb. Bildirilib ki, Kurtulmuşun çağırışı, icra orqanının TBMM Daxili Nizamnaməsinin 59-cu maddəsinin ikinci bəndinə əsaslanan tələbinin qarşılanması məqsədilə, Konstitusiyanın 93-cü və Daxili Nizamnamənin 7-ci maddələrinə uyğun olaraq həyata keçirilib. İclasın avqustun 29-da, yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcəyi bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 76 nəfər artaraq 62 min 895 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb. Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 76 nəfərin nəəşi və 298 yaralı çatdırılıb. İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlar zamanı 11 min 50 fələstinlinin həyatını itirdiyi, 46 min 886 nəfərin isə yaralandığı bildirilib.