#Zəlzələ Xəbərləri

Əfqanıstanda Pakistan sərhədinə yaxın yerləşən Kunar vilayətində 31 avqustda 6 bal gücündə zəlzələ baş verib. Yer səthindən 8 kilometr dərinlikdə qeydə alınan zəlzələdə 800-dən çox insan həlak olub, 3 mindən çox insan isə yaralanıb. Əsas zəlzələdən sonra ən azı doqquz afterşok (təkrar zəlzələ) baş verib. Ən güclüsü 5.2 bal olan bu afterşoklar gecə boyu təşvişə səbəb olub. Kunar Təbii Fəlakətlərin İdarəolunması İdarəsi bildirib ki, Nur Qol, Soki, Vatpur, Manogi və Çapədarə rayonları zəlzələdən ən çox zərər görən bölgələrdir. Əfqanıstan Müdafiə Nazirliyi axtarış-xilasetmə işləri üçün azı 40 hava dəstəyi uçuşunun həyata keçirildiyini açıqlayıb. Taliban rəsmiləri və Birləşmiş Millətlər Təşkilatı da ciddi zərər görmüş ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Nəqliyyatın çətin olduğu dağlıq ərazilərdə kəndlilər dağıntıların aradan qaldırılmasına öz imkanları ilə qoşulublar. Əfqanıstanda əhalinin böyük hissəsi uçma təhlükəsi olan bir və ya iki mərtəbəli, palçıqdan tikilmiş evlərdə yaşayır. Əfqanıstan aktiv fay xətləri üzərində yerləşdiyi üçün tez-tez dağıdıcı zəlzələlərlə üzləşir. 2023-cü ildə baş vermiş 6.3 bal gücündə zəlzələdə azı 2 min insan həyatını itirmişdi.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 6 bal gücündə olduğunu və Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Əfqanıstan-Pakistan sərhədi yaxınlığında, yerin 8 kilometr dərinliyində baş verdiyini açıqlayıb. Yerli rəsmilər bu zəlzələni ölkə tarixindəki ən güclü təbii fəlakətlərdən biri kimi qiymətləndiriblər. Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında zəlzələ nəticəsində ölənlərin sayının 800-ü, yaralıların sayının isə 2500-ü keçdiyini bildirib. O, həmçinin ölkənin zərər çəkmiş bölgələrində xilasetmə və yardım əməliyyatlarının davam etdiyini qeyd edib.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Əfqanıstanda baş verən zəlzələ ilə bağlı yaydığı açıqlamada, Kunar, Nangarhar və Lağman əyalətlərindəki dağıdıcı zəlzələnin geniş miqyaslı ziyana səbəb olduğunu bildirib. Açıqlamada, zəlzələ nəticəsində bir çox ailənin evsiz qaldığı və təcili humanitar yardıma ehtiyac duyduğu vurğulanıb. Əfqanıstan Qızıl Ayparası fövqəladə hallar qruplarını zərər çəkmiş ərazilərə göndərərək axtarış-xilasetmə və tibbi yardım işlərinə başlayıb. Yaralılar, xüsusilə Nangarhar xəstəxanası kimi sıxlıq yaşanan tibb müəssisələrinə təxliyə edilir.

"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq".

İlkin məlumatlara görə, zəlzələ nəticəsində 250-dən çox insan həyatını itirib, 500-dən çox insan yaralanıb, ölü sayının artacağı gözlənilir. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Pakistan sərhədi yaxınlığında, 8 kilometr dərinlikdə olduğunu açıqlayıb. Zəlzələnin vurduğu ən böyük zərər Kunar əyalətində qeydə alınıb, burada torpaq sürüşməsi nəticəsində yollar bağlanıb və xilasetmə işləri vertolyotlarla aparılır.

Türkiyənin Balıkesir vilayətində 3,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saat 20:58-də (Bakı vaxtı ilə saat 21:58-də) baş verib. Yeraltı təkanların ocağı 12 kilometr dərinlikdə yerləşib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.

Türkiyənin Balıkesir vilayətində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. u barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Almatıdan 799 km şimal-şərqdə yerləşib və ocağı 25 km dərinlikdə olub. Zəlzələ orta səviyyəli hesab edilərək səthdə hiss olunmayıb. Şərqi Qazaxıstan Fövqəladə Hallar Departamentinin mətbuat xidməti dağıntı və tələfatın olmadığını, vəziyyətin sakit olduğunu və monitorinqin davam etdiyini bildirib. X platformasında yayılan məlumatlar, vilayətin seysmik aktivliyinə baxmayaraq, əhalinin təhlükəsizlik qaydalarına hazır olması ehtiyacını vurğulayır.

Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronostik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:27-də (Bakı vaxtı ilə 17:27-də) baş verib. Zəlzələnin episentri Bədəxşan bölgəsində yerləşib. Bildirilib ki, episentrdə təkanların gücü 3 bal təşkil edib.

Türkiyədə Balıkəsirdə 4,2 bal gücündə zəlzələ qeydə alınıb. bugün yerli vaxtla saat 11:29 radələrində Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələdə hazırda hər hansl bir itkinin olub-olmadığı barədə məlumat verilmir. Yerli qurumlar və AFAD vəziyyəti izləyir. Qeyd edək ki, 10 avqustda Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib.

Türkiyədə Balıkəsirdə 4,4 bal gücündə zəlzələ qeydə alınıb. bugün yerli vaxtla saat 6:46 radələrində Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Zəlzələdə hazırda hər hansl bir itkinin olub-olmadığı barədə məlumat verilmir. Yerli qurumlar və AFAD vəziyyəti izləyir.