#Trampın siyasətləri

Vaşinqton Beyrutla əməkdaşlıq çərçivəsində təhlükəsizlik qüvvələrinə dəstək proqramını genişləndirir. ABŞ administrasiyası Livanın təhlükəsizlik qüvvələrinə 230 milyon dollar dəyərində yardım ayırıb. Bu qərar “Hizbullah” qrupunun silahsızlaşdırılması səyləri çərçivəsində qəbul edilib. Məlumata görə, ayrılan vəsaitin 190 milyon dolları Livan ordusuna, 40 milyon dolları isə Daxili Təhlükəsizlik Qüvvələrinə yönəldiləcək. Yardım ABŞ-da maliyyə ilinin başa çatmasına bir neçə gün qalmış- 30 sentyabr tarixindən əvvəl təsdiqlənib.

İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək. ABŞ Prezidenti Tramp, HƏMAS-ın Qəzzədə atəşkəs planına verdiyi cavabla bağlı sosial media hesabında açıqlama yayıb. Tramp açıqlamasında bildirib: "HƏMAS tərəfindən az əvvəl verilən açıqlamaya əsasən, onların daimi sülhə hazır olduqlarına inanıram. İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək."

Ağ Ev bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp yeni icra əmri imzalayıb. Sənədə əsasən, Qətərin ərazisinə, suverenliyinə və ya həyati infrastrukturuna qarşı edilən hər hansı hücum ABŞ-ın milli təhlükəsizliyinə birbaşa təhdid sayılacaq. Ağ Evin açıqlamasında vurğulanıb ki, Vaşinqton belə bir addımı yalnız Körfəz bölgəsinə qarşı deyil, həm də ABŞ-ın sülh və təhlükəsizliyinə qarşı yönəlmiş hücum kimi qəbul edəcək.

ABŞ-da federal hökumət, yeni maliyyə ili başlamazdan əvvəl Konqresin keçici büdcə layihəsini təsdiq edə bilməməsi səbəbilə bağlanıb. Bu, 2019-cu ildən bəri ilk dəfə federal hökumətin rəsmi şəkildə fəaliyyətini dayandırmasıdır. 2025-ci maliyyə ilinin 30 sentyabrda başa çatması ilə yeni büdcə planı üzərində razılıq əldə olunmayıb. Nümayəndələr Palatası daha əvvəl 21 noyabra qədər maliyyə təmin edən keçici büdcə layihəsini qəbul etsə də, Senat həm Demokratların, həm də Respublikaçıların təkliflərini rədd edib.

ABŞ Prezidenti Donald Tramp, İsrail və Fələstin arasında sülhün təmin olunması üçün 20 maddəlik Qəzza planını açıqlayıb. Plana əsasən, ABŞ hər iki tərəfi dialoqa təşviq edəcək və razılıq əldə olunarsa, hücumlar dayandırılacaq. Trampın sözlərinə görə, plan bölgədə daimi sabitliyin yaradılmasına yönəlib. Planın əsas bəndlərinə görə, İsrail Qəzzanı ilhaq etməyəcək və bölgəni işğal etməyəcək. Eyni zamanda, Fələstinlilər Qəzzanı tərk etməyə məcbur edilməyəcək. Qəzza zolağına dərhal humanitar yardım göndəriləcək və bu yardım Birləşmiş Millətlər Təşkilatı ilə Qızıl Aypara vasitəsilə çatdırılacaq. Həmçinin bölgəyə müvəqqəti beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcək. Bu qüvvələrin tərkibində ABŞ, ərəb ölkələri və digər beynəlxalq tərəfdaşlar təmsil olunacaq.

ABŞ Prezidenti Donald Tramp, film istehsalının digər ölkələr tərəfindən ABŞ-dan “oğurlandığını” bildirərək, ölkə xaricində istehsal olunan bütün filmlərə 100 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Tramp, ABŞ mərkəzli Truth Social hesabında məsələ ilə bağlı paylaşım edib. Film istehsalının digər ölkələr tərəfindən "bir körpənin əlindən konfetinin alınması kimi" ABŞ-dan “oğurlandığını” vurğulayan Tramp, “Kaliforniya, zəif və bacarıqsız qubernatoru ilə, xüsusilə ağır zərbə aldı” ifadəsini işlədib.

Kreml sözçüsü Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putinin, ABŞ Prezidenti Donald Trampla paytaxt Moskvada görüşməyə hazır olduğunu açıqlayıb. Peskov, bu təklifin qüvvədə olduğunu bildirib. Rusiyanın, İngiltərə və Fransanın nüvə arsenalının da nəzərə alınması ilə bağlı tələbinin hələ də qüvvədə olub-olmadığına dair sualı cavablandıran Peskov, bu mövzunun aktual olduğunu bildirib. Peskov, əvvəlcə Rusiya və ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (New START) ilə bağlı danışıqların başlanmasının vacibliyini vurğulayaraq, “Ancaq gələcəkdə nüvə arsenalı məsələsi də müzakirəyə çıxarılmalıdır. Bu arsenal Avropanın təhlükəsizliyi və strateji sabitliyi ilə bağlı məsələnin tərkib hissəsidir,” deyib.