#Suriya siyasi həll

Suriya lideri Əhməd əl-Şaraa bazar ertəsi günü yeni banknotları təqdim edib. Onlar əvvəlki rəhbər Bəşər əl-Əsəd və onun ailəsini göstərən pulların yerini tutacaq və ümid edilir ki, bu addım Suriya funtunun on ildən artıq davam edən müharibə səbəbilə itirdiyi dəyəri bərpa etməsinə kömək edəcək. Yeni valyuta prosesində iki sıfır çıxarılacaq, bu isə redenominasiya kimi tanınır. Yeni banknotlar 10-dan 500 Suriya funtuna qədər olacaq və 1 yanvar tarixindən dövriyyəyə buraxılacaq. Onlarda Suriya üçün məşhur olan güllər, buğda, zeytun, portağal və digər kənd təsərrüfatı simvolları əks olunub.

Suriyanın mərkəzində yerləşən Homs vilayətində, Əli Talib məscidində cümə namazı zamanı baş verən partlayış nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb, 9 nəfər yaralanıb. Suriya Ərəb Xəbər Agentliyi (SANA) Homsdakı Əli Talib məscidində partlayış baş verdiyini bildirib. Yerli mənbələrin verdiyi məlumata əsasən, partlayış nəticəsində ilkin olaraq 5 nəfər həyatını itirib, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə bağlı istintaqa başlanılıb. Partlayışın terror aktı ola biləcəyi ehtimalı araşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı açıqlamalar verib. Ərdoğan, AK Parti Kongre Merkezi-də keçirilən “İnsanlık İçin Güçlü Türkiye” proqramında çıxışı zamanı Suriya məsələsinə xüsusi yer ayırıb. O, Suriya inqilabının ildönümü münasibətilə ölkə və xalqın son 13 il ərzində davam edən zülm və zorakılığa qarşı dirənişini təqdir edib. Prezident, Esad rejimi və terror təşkilatlarının hücumlarında həyatını itirən suriyalıları rəhmətlə yad edib və Türkiyənin həm humanitar yardım, həm də terrorla mübarizə sahəsində üzərinə düşəni etdiyini vurğulayıb.

İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial media hesabında paylaşım edib. Dövlət başçısı sosial media hesabında paylaşdığı açıqlamada, “İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm,” – deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Suriyada baş verən rejim dəyişikliyinin birinci ildönümündə yazılı açıqlama yayıb. Quterreş, Suriyanın devrilmiş lideri Bəşər Əsəd hakimiyyətinin çöküşü ilə "onilliklər boyu davam edən təzyiq rejiminin sona çatdığını" xatırladıb. “Bu gün Əsəd hökumətinin devrilməsindən və onilliklər boyu davam edən basqı sisteminin sona çatmasından bir il keçir. Təsəvvürəgəlməz çətinliklərə baxmayaraq ümidini heç vaxt itirməyən Suriya xalqının dözüm və cəsarətinə hörmət edirəm.” - deyə Quttereş qeyd edib.

27 noyabr 2024 səhərinin erkən saatlarından sonra Suriya artıq əvvəlki Suriya deyildi. “Hücumları Əngəlləmə Əməliyyatı” başladıqdan sonra on dörd il davam edən inqilab, müharibə və parçalanmadan sonra gözlənilən an gəldi. Yalnız on iki gün ərzində Bəşşar Əsəd rejimi görünməmiş sürətlə dağılaraq vilayətlər tədricən azad edildi və 8 dekabr səhəri döyüşçülər Dəməşqə daxil olaraq rejimin sona çatdığını elan etdilər. Eyni günün axşamı rejim lideri Moskvaya qaçarkən görüntüləndi.

Suriya Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi, səfir İbrahim Ulabi işğal altındakı Qolan Təpələrinin Suriya torpağı olduğunu və ölkəsinin buranın tamamını İsraildən geri almaq hüququna malik olduğunu açıqlayıb. Suriya dövlət televiziyası El-İhbariye-nin xəbərinə görə, Ulabi hər iki tərəfin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq məqsədilə Suriya və İsrail arasında aparılan danışıqların ABŞ Prezidenti Donald Trampın müşahidəsi altında keçdiyini bildirib.

Suriya Prezidenti Əhməd əş-Şəraa, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə Xüsusi Təmsilçisi Tom Barak ilə rəsmi görüş keçirib. Görüşdə Suriya Xarici İşlər Naziri Əsad Həsən Şeybani də iştirak edib. Rəsmi məlumatlara görə, tərəflər bölgədəki son siyasi və təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Görüş zamanı Suriya və ABŞ arasında diplomatik əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və regionda sabitliyin təmin olunması məsələləri diqqət mərkəzində olub.

Suriya 14 illik fasilədən sonra İspaniyanın Barselona şəhərində keçirilən “Aralıq dənizi üçün Birlik” 10-cu Regional Forumunda yenidən iştirak edib. Suriya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, ölkə uzun fasilədən sonra tam üzvlüyünün bərpası ilə forum çərçivəsində keçirilən nazirlər toplantısına qatılıb. Nazirlik bu iştirakın Suriyanın regional dialoqdakı rolunun bərpası, həmçinin bölgədə genişmiqyaslı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım olduğunu vurğulayaraq, bununla bağlı məmnunluğunu ifadə edib.

İsrail ordusunun Suriyanın cənubundakı Kuneytra bölgəsinə bağlı Beyt Cin kəndinə təşkil etdiyi basqında, ikisi uşaq, ikisi qadın olmaqla 13 nəfərin öldüyü, baş verən toqquşmada 3-ü ağır olmaqla 6 İsrail əsgərinin yaralandığı bildirilib. Suriya mətbuatının verdiyi məlumata görə, kənddə bəzi sakinləri zorla saxlamağa çalışan İsrail əsgərləri ilə baş verən toqquşma zamanı ölənlərin və yaralananların sayı artıb. Basqın zamanı İsrail ordusunun helikopterlərlə əməliyyata dəstək verdiyi və kəndin bəzi bölgələrinin top atəşinə tutulduğu qeyd edilib.