#Yaxın Şərq münaqişəsi

Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə hələ də “prioritetlərin önündə” dayanır. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Misir lideri vurğulayıb ki, Fələstin məsələsinin həlli regional sabitliyin əsas şərti və ədalətli, hərtərəfli sülhün əldə olunması üçün mühüm təməl hesab olunur. Əs-Sisi ABŞ Prezidenti Donald Trampın Qəzzada İsrail–HƏMAS müharibəsini dayandıran atəşkəsin əldə olunması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirib. Qeyd edək ki, sözügedən atəşkəs ötən ilin oktyabr ayında əldə olunub.

Ağ Ev Ukraynalı rəsmilərin, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün İsveçrənin Cenevrə şəhərində keçirilən barış planı görüşmələri nəticəsində hazırlanmış layihənin milli maraqları əks etdirdiyini açıqlayıb. Açıqlamada qeyd olunur ki, ABŞ Xarici İşlər Nazirliyi, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsiStiven Uitkoff, Trampın qayını Jared Kushner və ABŞ Senatoru Marko Rubio Ukraynalı heyətlə barış anlaşması layihəsinin son variantını nəzərdən keçiriblər.

İstanbulda 21 iyun 2024-cü il tarixində “Türkiye Cumhuriyeti Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və İnkişaf Agentliyi (UNRWA) arasında Ankara şəhərində UNRWA ofisinin yaradılmasına dair anlaşma” imzalanıb. Bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub. Anlaşmaya əsasən, Ankara şəhərində UNRWA-nın ofisi fəaliyyət göstərəcək və regional proqramların koordinasiyasını təmin edəcək. Bu addım həm Türkiyə ilə BMT arasındakı əməkdaşlığın güclənməsinə, həm də Fələstin qaçqınlarına göstərilən dəstəyin genişləndirilməsinə xidmət edəcək.

İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.

HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb. Hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib. Bəyanata görə, Qəssam Briqadaları Qəzzədə atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.

Misirin Xarici İşlər Naziri Bədr Abdulati, Qəzza zolağındakı aclığın İsraildən qaynaqlandığını bildirərək, Tel-Əvivə ABŞ-ın Orta Şərq üzrə nümayəndəsi Stiven Uitkoffun atəşkəs təklifini – hansı ki Həmas da qəbul edib – qəbul etməsi çağırışını edib. Nazir Abdulati, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini ilə Misirin paytaxtı Qahirədə mətbuat konfransı keçirib.