Fox News-a müsahibəsində Vance, “Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq. Biz bunun sülh yolu ilə həllini tapmaq istəyirik” -deyə bildirib. O, Amerika xalqının da vergi dollarlarının müharibəyə xərclənməsindən bezdiyini, Avropa ölkələrinin isə məsuliyyəti daha çox üzərinə götürməli olduğunu bildirib. Vance, İngiltərə səfərində Avropa tərəfdaşlarına “Bu müharibə sizin qapınıza gəlib. Əgər münaqişəyə bu qədər əhəmiyyət verirsinizsə, maliyyələşdirmədə daha birbaşa rol almalısınız” mesajı verdiklərini qeyd edib.
#Alyaska
ABŞ Prezidenti Donald Tramp, Rusiyanın və Ukraynanın iştirakı ilə Alyaskada üçtərəfli sammit keçirmə ideyasına açıq olduğunu bildirib. Lakin, hazırda ABŞ tərəfi Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün hazırlıqlarını aparır.
Alyaskada 7,3 bal gücündə zəlzələ baş verib.
ABŞ sahillərində batmış yük gəmisindəki yanğın nəticəsində 3000-dən çox avtomobil su altında qalıb.