#Əhməd Şəraa

ABŞ, Suriya Prezidenti Əhməd Əş-Şəraanı sanksiya siyahısından çıxardığını elan edib. ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqott açıqlamasında Dövlət Katibi Marko Rubionun Suriya Prezidenti Əhməd Əş-Şəraanı siyahıdan çıxardığını bildirib. Piqott bu qərarın “Suriyanın yeni bir dövrə keçidini tanıyan güclü siyasi mesaj” daşıdığını vurğulayıb. ABŞ Maliyyə Nazirliyinin də Suriya Daxili İşlər Naziri Ənəs Hattabı sanksiya siyahısından çıxardığı bildirilib.

Fransa Prezidenti Emmanuel Makron suriyalı həmkarı Əhməd əş-Şəraanı “İŞİD” terror təşkilatına qarşı beynəlxalq koalisiyaya qoşulmağa dəvət edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının prezident əş-Şəraa və daxili işlər naziri Ənəs Xitabın adlarını sanksiya siyahısından çıxarmaq qərarını alqışlayıb. Makron bu açıqlamanı Braziliyanın Belin şəhərində keçirilən iqlim konfransının kənarında suriyalı həmkarı ilə görüşdən sonra jurnalistlərə verib. Onun sözlərinə görə, Suriya “regionda terrorçu qruplara qarşı mübarizədə tam və effektiv tərəfdaş olmağa” dəvətlidir.

Suriyanın Prezidenti Əhməd Əş-Şəraa, Səudiyyə Ərəbistanının region üçün “böyük əhəmiyyətə” malik olduğunu bildirərək, Krallığı “Suriyanın dünyaya açılan açarı” adlandırıb. Əş-Şəraa bu fikirləri 29 oktyabr 2025-ci ildə Ər-Riyadda keçirilən 9-cu “Future Investment Initiative” (FII9) forumunun plenar iclasında səsləndirib. Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman da iştirak edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan öz müavini Nuh Yılmazı Türkiyənin Suriyadakı səfiri vəzifəsinə təyin edib. İndiyə qədər Türkiyə Suriyada yalnız müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunurdu. Nuh Yılmazın səfir təyin olunması, mühüm diplomatik jest kimi qiymətləndirilir. Yılmaz 2024-cü ilin may ayından nazir müavini vəzifəsini icra edib. O, nazir Fidan kimi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sabiq əməkdaşıdır və İngilis dilini mükəmməl bilir. Daha əvvəl Vaşinqtonda bir neçə diplomatik vəzifə tutub və ABŞ-da dərs deyib.

Suriya bu gün tarix güzgüsünün qarşısında dayanıb və oradakı əks elə dumanlıdır ki, heç kəs sabahı aydın görə bilmir. Onilliklər boyu diktatura, müharibə və xarici maraqlar prizməsindən tanınan bu ölkə indi Yaxın Şərqdə İkinci Dünya müharibəsindən sonrakı rekonstruksiya nümunələrinə bənzər, analoqu olmayan bir siyasi eksperimentə qədəm qoyur.

AzerVoice xəbər verir ki, dövlət televiziyasının xəbərinə görə, prezidentlik administrasiyası bəyan edib ki, əş-Şəraa “ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün yola düşüb.”

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib ki, Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.

Suriya Prezidenti Əhməd Şara, SDQ adı altında fəaliyyət göstərən terrorçu PKK/YPG ilə 10 Mart Razılaşmasının icrası ilə bağlı danışıqların davam etdiyini bildirib. Şara qeyd edib ki, təşkilat tətbiqə hazır olduqlarını desə də, bəzi texniki detalları tələb edir və sahədəki davranışları ilə rəsmi mövqeləri arasında uyğunsuzluq var. Prezident Şəraa bu açıqlamaları Şamda, Muhacirin Sarayında İdlibdən olan siyasətçilər, alimlər və ictimai şəxslərlə keçirdiyi görüşdə verib. O bildirib ki, “SDQ tətbiqə hazır olduqlarını söyləyir, lakin mediada və danışıqlarda ifadə edilən mövqe ilə ərazidəki davranışları arasında ziddiyyət var.” - deyə Şəraa qeyd edib.

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, xarici işlər naziri Fidanın Suriya prezidenti Şara ilə görüşündə Əsəd rejiminin devrilməsindən sonrakı 8 ay ərzində Türkiyə ilə Suriya arasında əlaqələrin müxtəlif sahələrində əldə edilən irəliləyişlərin qiymətləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir.