#Kolumbiyada partlayıcı avtobus

Kolumbiyada yeni seçilmiş prezident Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhəri yaxınlığında yerləşən magistral yolda partlayıcı yüklü avtobus aşkarlanaraq zərərsizləşdirilib. Kolumbiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Panamerika magistralında həyata keçirilən "Prometey Əməliyyatı" çərçivəsində təxminən 420 kiloqram ammonium nitratdan hazırlanmış partlayıcı qurğu nəzarətli şəkildə zərərsizləşdirilib.