Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Amerikalı alimlər dünyanın ən kiçik kardiostimulyatorunu hazırlayıb

    5 Aprel 2025 15:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Amerikalı alimlər dünyanın ən kiçik kardiostimulyatorunu hazırlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Amerika alimləri düyü dənəsindən də kiçik olan və bədənə yeridilə bilən dünyanın ən kiçik kardiostimulyatorunu hazırlayıblar.

    AzerVoice xəbər verir ki, müvəqqəti ürək tənzimləyicisi kimi nəzərdə tutulan bu cihaz işıq siqnalları ilə idarə olunur və müəyyən müddətdən sonra bədəndə əriyərək yox olur.

    Yeni kardiostimulyator xüsusilə anadangəlmə ürək xəstəlikləri olan körpələr və əməliyyatdan sonra müvəqqəti stimulyatora ehtiyacı olan xəstələr üçün effektiv həll kimi qiymətləndirilir. Yetkin xəstələrdə isə ürək əməliyyatlarından sonra normal ritmin bərpasına kömək edə bilər.

    Cihazın ənənəvi kardiostimulyatorlardan əsas üstünlüyü simsiz və bədəndə həll olunan materiallardan hazırlanmasıdır. Mövcud müvəqqəti stimulyatorlarda batareyaların çıxarılması zamanı fəsadlar yarana bilər. Məsələn, 2012-ci ildə amerikalı astronavt Nil Armstronqun belə bir prosedurdan sonra daxili qanaxmadan öldüyü məlumdur.

    Cəmi 1 millimetr qalınlığında və 3,5 millimetr uzunluğunda olan yeni kardiostimulyator xəstənin sinəsinə yapışdırılmış yumşaq yamaq ilə əlaqələndirilir. Yamaq ürək döyüntülərində nizamsızlıq aşkar etdikdə işıq siqnalları vasitəsilə stimulyatora lazımi ritmi tənzimləməyi bildirir.

    ABŞ-ın Northwestern Universitetindən Prof. Dr. Mehmet Özcandır və Con Rocersin rəhbərlik etdiyi tədqiqat qrupu cihazın siçan, siçovul, donuz, it və insan ürək toxumalarında uğurlu nəticələr verdiyini açıqlayıb. Alimlər kardiostimulyatorun 2-3 il ərzində insanlarda sınaqdan keçirilə biləcəyini bildirirlər.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, ürək xəstəlikləri dünyada ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır. Yeni kardiostimulyatorun tibbi texnologiyada inqilabi yenilik olacağı və gələcəkdə sinir bərpası, yaraların sağalması və ağıllı implantlar kimi sahələrdə də tətbiq edilə biləcəyi vurğulanır.

    #Amerika #Kardiostimulyator #Müvəqqəti ürək tənzimləyicisi #Ağıllı implantlar #Ürək xəstəlikləri #Sinir bərpası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Amerikanın liderliyi qlobal təhlükəsizlik üçün əvəzedilməzdir - Rutte

    9 Aprel 2026 19:57

    İranda vurulan "F-15E" pilotları xilas edilib - ABŞ Mərkəzi Komandanlığı

    5 Aprel 2026 21:58

    ABŞ-ın Bağdaddakı səfirliyi İraqdakı ABŞ vətəndaşlarını ölkəni tərk etməyə çağırıb

    2 Aprel 2026 10:22

    Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

    27 Yanvar 2026 13:26

    Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Vaşinqtonda Trampla Görüşəcək

    18 Avqust 2025 09:39

    30 illik araşdırma - Az yağlı süd ürək üçün daha təhlükəsizdir

    9 Avqust 2025 16:00

    Peruda 3800 illik Peniko qədim şəhəri tapılıb

    27 İyul 2025 13:30

    Peru səhrasında 3500 illik sirr - qədim şəhər aşkarlanıb

    12 İyul 2025 18:00

    Fələstinli aktivist Trampdan təzminat tələb edir

    11 İyul 2025 14:12

    Ürək sağlamlığını qorumağın 5 əsas yolu

    5 İyul 2025 16:00

    Zeytun yağının tərkibindəki maddə kökəlməni artıra bilər

    29 İyun 2025 17:00

    Alimlər ABŞ-da ilk Henipavirusu aşkarlayıb

    3 İyun 2025 17:32
    XƏBƏR LENTİ

    Truth Social - Rəqəmsal qala necə siyasi yükə çevrildi?

    Kim Çen In nüvə proqramını genişləndirəcək

    Kılıçdaroğlu bələdiyyələr üçün yeni nəzarət mexanizmi yaradır

    Aprel ayında Türkiyədə neçə nəfər işsiz qaldı? - son statistika açıqlandı

    “İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi

    Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

    Ford və Filsondan yeni ofrouder

    Türkiyədə saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlanıb - Ən çox saxlanılanlar kimlərdir? (ÖZƏL)

    İndoneziyada rəqəmsal zəkat üçün startap - Kitabisa haqqında nə bilirik?

    Türkiyədə maraqlı araşdırma - Hamı doğulduğu şəhərdə yaşasaydı əhali xəritəsi necə dəyişərdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.