#Ukrayna

Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək planının əsasını atəşkəs, ABŞ-ın vasitəçiliyi ilə danışıqlar və aydın təhlükəsizlik zəmanətinin təşkil etdiyini bildirib. O, Avropa və ABŞ-ın bu prosesdə iştirakı və zəmanət mexanizmlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.Zelenski, Rusiya prezidenti Vladimir Putinin Donbasdan çəkilmə tələbinin mümkün olmadığını deyərək, bunun yeni müharibəyə yol aça biləcəyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüş keçirəcək. Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə onlayn görüşdə iştirak edəcək. Tramp Zelenski və bəzi Avropa liderlərinin qatılacağı onlayn görüşdə Putinlə keçirəcəyi sammit öncəsi son vəziyyəti müzakirə edəcək. ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin 15 avqust cümə günü Alyaska ştatının Ankoric (Anchorage) şəhərində bir araya gələcəklər.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna böhranında baş verənləri müzakirə ediblər. Dünən telefon danışığı zamanı şahzadə Məhəmməd bin Salman ölkəsinin Ukraynadakı böhranın həlli, sülhün əldə edilməsi və dialoqun asanlaşdırılması üçün bütün səy və təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

TVP World-un məlumatına görə, Tusk mətbuat konfransında ABŞ-ın görüş öncəsi avropalı tərəfdaşları ilə məsləhətləşmə vəd etdiyini bildirib.. "Tramp və Putin arasındakı görüşün nəticələrini gözləyəcəyəm. Çoxlu narahatlıqlarım və böyük ümidlərim var", — deyə baş nazir vurğulayıb. Tusk, Avropa liderlərinin birgə bəyanatının Ukrayna sülh danışıqlarında birliyi göstərdiyini qeyd edərək, Ukraynanın prosesə daxil edilməsinin vacibliyini xatırladıb.

Fox News-a müsahibəsində Vance, “Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq. Biz bunun sülh yolu ilə həllini tapmaq istəyirik” -deyə bildirib. O, Amerika xalqının da vergi dollarlarının müharibəyə xərclənməsindən bezdiyini, Avropa ölkələrinin isə məsuliyyəti daha çox üzərinə götürməli olduğunu bildirib. Vance, İngiltərə səfərində Avropa tərəfdaşlarına “Bu müharibə sizin qapınıza gəlib. Əgər münaqişəyə bu qədər əhəmiyyət verirsinizsə, maliyyələşdirmədə daha birbaşa rol almalısınız” mesajı verdiklərini qeyd edib.