Müharibəni bitirməyin vaxtı çatıb. Rusiya bu istiqamətdə zəruri addımlar atmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün Alyaskada keçiriləcək görüşə münasibət bildirərkən deyib.
#Ukrayna
Liderlərin görüş yeri və vaxtı hələ açıqlanmayıb. Fransanın BFMTV kanalının məlumatına görə, Yelisey Sarayı iki liderin Alyaskada keçirilən Tramp-Putin görüşündən sonra münasib vaxtda görüşəcəyini bildirib. Xatırladaq ki, Avqustun 13-də Almaniyanın ev sahibliyi etdiyi Ukrayna ilə bağlı onlayn görüşdə Makron, Tramp, Zelenski və Avropa liderləri iştirak ediblər.
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş yükün növbəti hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin ilə Alyaskada keçirilməsi planlaşdırılan üçtərəfli sammitə Ukrayna prezidenti Volodimir Zelenski və bəzi Avropa liderlərinin də dəvət oluna biləcəyini bildirib. Tramp əsas məqsədinin “təcili sülh razılaşmasına” nail olmaq olduğunu vurğulayaraq, qısa müddətdə sülhün təmin edilməsinə önəm verdiyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşün uğurla nəticələnmə ehtimalını 75 faiz olaraq qiymətləndirib. Tramp bu fikri “Fox News Radio”ya verdiyi müsahibədə səsləndirib.
ABŞ Ukraynada sülhün əldə olunması üçün mümkün olan hər şeyi edəcək, lakin bu barədə qərarı Moskva və Kiyev verməlidir. Bu fikirləri ABŞ dövlət katibi Marko Rubio, Paraqvayın xarici işlər naziri Ruben Ramirez Leskano ilə görüşü zamanı səsləndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. Söhbət əsnasında Ukrayna–Rusiya müharibəsindəki son inkişaflar, həmçinin regional və qlobal məsələlər müzakirə olunub. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüş ərəfəsində, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski bir görüş keçiriblər. Baş nazirliyin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Starmer bu səhər paytaxt Londondakı ofisində Zelenskini qəbul edib.
Kreml ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilməsi planlaşdırılan görüşün vaxtını elan edib. Rəsmi açıqlamaya görə, görüş Moskva vaxtı ilə saat 22:30-da başlayacaq. İki liderin görüşü tərcüməçilərin iştirakı ilə təkbətək formatda start götürəcək. Qeyd edək ki, Tramp-Putin görüşü beynəlxalq ictimaiyyətdə böyük maraq doğurur və onun nəticələri xüsusilə Ukrayna münaqişəsi fonunda diqqətlə izlənir.
Böyük Britaniya Baş naziri Keir Starmer, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüşdən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə kritik görüş keçirəcək. Starmer və Zelenski arasında bu gün baş tutacaq görüşdə Ukrayna məsələləri müzakirə ediləcək. Zelenski dünən Almaniyanın ev sahibliyi etdiyi onlayn iclasda da iştirak etmişdi.
Avropanın “istəklilər koalisiyası” Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb. Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi tərəfindən, görüşün həmsədrləri adından yayılan bəyanata Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers də qoşulub.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər avqustun 15-də Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində razılıq əldə olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək. Bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.