#CHP

Vəzifəsindən azad olunan Əsənyurt Bələdiyyə Başçısı Ahmet Özər, Millətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli ilə görüşüb. Görüşdən sonra açıqlama verən Özər bildirib ki, Bahçeliyə sülh prosesinə verdiyi səmimi və fədakar töhfələr üçün təşəkkür edib. Özər həmçinin bildirib ki, iddiaların cəzaya çevrilməməsi və müvəqqəti idarəçi tətbiqinin sona çatması prosesi dəstəkləyə bilər. O, əvvəlki mərhələdə Aziz İhsan Aktaş ilə bağlı istintaqda tutulmuş və təxminən bir ay əvvəl azad edilmişdi.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsinə qarşı “vəzifədən sui-istifadə”, “rüşvət”, “dələduzluq” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladılıb. AzerVoice-un məlumatına görə, istintaq çərçivəsində aparılan əməliyyat zamanı bələdiyyəyə və şübhəlilərə məxsus ünvanlar da daxil olmaqla ümumilikdə 72 yerdə eyni vaxtda axtarış keçirilib. Bayrampaşa Bələdiyyəsinin sədri Hasan Mutlu, beş bələdiyyə sədrinin müavini, beş bələdiyyə məclisinin üzvü ilə birlikdə barələrində həbs qərarı çıxarılan 48 nəfərdən 45-i saxlanılıb.

İstanbul Böyük Şəhər Bələdiyyəsinə aid korrupsiya istintaqı çərçivəsində həbsdə olan Ekrem İmamoğlu’nun “saxta diplom” işi üzrə ilk məhkəmə prosesi başladı. İmamoğluna “zəncirvari rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə 8 il 9 aya qədər həbs istənir. İstanbul 59-cu Asliye Cinayət Məhkəməsi tərəfindən Silivridəki Marmara Qapalı Cəza İcrası Müəssisəsinin qarşısındakı zalda keçirilən məhkəməyə, başqa cinayətdən həbsdə olan Ekrem İmamoğlu və vəkilləri qatılıb.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı gündəmə dair açıqlamalar verib. Bahçeli, Terrorsuz Türkiyə hədəfinə çatmaq üçün "Məclisin yüksək bir töhfəsi olduğunu" bildirib. Devlet Bahçeli Terrorsuz Türkiyə məqsədilə yaradılan komissiya işlərini dəyərləndirib. “Məclisin yüksək töhfəsi var” deyən Bahçeli, vətəndaş cəmiyyətlərinin iştirakı və siyasi partiya təmsilçilərinin prosesdə yer almasının çox vacib olduğunu vurğulayıb.

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Vilayət Sədrliyinin binasının, yeni vilayət sədri və rəhbərlik seçilənədək bağlı qalacağı açıqlanıb. Partiya Sarıyer Rayon Seçki Şurasına müraciət edərək, növbədənkənar İstanbul Vilayət Qurultayı keçirilib yeni rəhbərlik formalaşdırılanadək vəzifədən uzaqlaşdırılan vilayət sədri Özgür Çelikin fəaliyyətini davam etdirəcəyi yeni ünvanı İstanbul Valiliyinə və Ali Məhkəməyə təqdim edib.

İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi CHP-nin İstanbul vilayət konqresini ləğv edib. Vilayət sədri Özgür Çelik və mövcud rəhbərlik vəzifədən kənarlaşdırılıb. Vilayət təşkilatının idarə olunması üçün müvəqqəti olaraq Gürsel Tekinin də daxil olduğu 5 nəfərlik heyət təyin edilib. Şikayətçi Özlem Erkan, məhkəməyə təqdim etdiyi ərizəsində konqres zamanı nümayəndələrin səslərinin pul, hədiyyələr və iş vədləri ilə yönləndirildiyini, səsvermədə isə qanunsuzluqların baş verdiyini irəli sürüb. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqlar və yayılan səs yazıları da bu iddiaları dəstəkləyib.

Ərdoğan, CHP sədri Özgür Özəl-in son açıqlamaları səbəbilə 1 milyon türk lirəsi məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib. Ərdoğanın vəkili tərəfindən verilən iddia ərizəsində Özəl-in ifadələrinin prezidentə qarşı təhqir və hədəf göstərəcək mahiyyətdə olduğu bildirilib.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, prezident Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi təhqiramiz ifadələrə görə Ankara Respublika Baş Prokurorluğu tərəfindən istintaqa cəlb edilib. Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.

TBMM sədri Numan Kurtulmuş iclasda çıxış edərək AK Partiya, CHP və DEM Partiyasının hər birindən əlavə bir üzvün adlarının təqdim olunmasını istəyib. O, komissiyanın işini səmimiyyətlə qəbul etdiyini, gündəliyə nəzarət etdiyini və qərarlarını ardıcıl şəkildə həyata keçirdiyini vurğulayıb. Kurtulmuş milli birliyi və qardaşlığı möhkəmləndirmək üçün geniş təmsilçiliyin vacibliyinə diqqət çəkib və bu məqsədlə 51 nəfərlik komissiyanın yaradıldığını xatırladıb. İYİ Partiyanın isə üzv təqdim etməyəcəyini rəsmi olaraq bildirdiyini qeyd edib. Bugünkü iclasda əsas gündəliyin komissiyanın işinə dair üzvlərin təkliflərini dinləmək olduğu bildirilib.