Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı Bayraktar KIZILELMA, ASELSAN istehsalı yüksək texnologiyalı TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla həyata keçirib. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də paylaşımında bu uğuru vurğulayaraq, “göy üzündə yeni bir imza atıldığını” bildirib.
#pilotsuz uçuş aparatları
Türkiyənin müdafiə sənayesində yeni addım atan ASELSAN, “Çelik Kubbe” hava hücumundan müdafiə sisteminə əlavə olunan yeni nəsil Anti-PUA silahı EJDERHA-nı təqdim edib. Müdafiə eksperti Eray Güçlüer, sistemin texnoloji imkanlarını dəyərləndirərək onun həm dronlara, həm də mina və əl istehsalı partlayıcılara (EYP) qarşı əhəmiyyətli üstünlüklər qazandırdığını vurğulayıb.
Türkiyənin Keşan bölgəsindən havaya qalxan Bayraktar TB3 PT-2R pilotsuz uçuş aparatı, ölkənin ən böyük hərbi gəmisi TCG Anadolu üzərində həyata keçirilən süni intellekt dəstəyi ilə tam avtomatik qalxış və eniş sınağını uğurla başa çatdırdı. Sınaq, Türkiyənin dəniz platformalarında pilotsuz uçuş aparatlarının istifadəsi sahəsində mühüm mərhələ kimi qiymətləndirilir. Bayraktar TB3-ün bu uğuru, həm əməliyyat imkanlarının genişlənməsi, həm də müdafiə sənayesində süni intellekt tətbiqlərinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Almanya hökuməti, İsrailin Qəzzadakı hərbi əməliyyatlarına görə artan beynəlxalq tənqidlərə baxmayaraq, bu ölkədən pilotsuz uçuş aparatları (PUA) almaq üçün addım atır. Təxminən 1 milyard avro dəyərindəki müqavilə ilin sonuna qədər parlamentin təsdiqinə təqdim olunacaq. Paket yalnız PUA-ları deyil, həm də 20 ədəd Eurofighter qırıcı təyyarəsi, çox sayda tank və zirehli texnika sifarişini də əhatə edir.
Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin ən yeni pilotsuz uçuş aparatı olan Bayraktar TB3-ün Silahlı Qüvvələrin inventarına daxil edildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Bayraktar TB3 artıq Quru Qoşunları Komandanlığının istifadəsinə verilib. Bununla da Türkiyə ordusu pilotsuz uçuş aparatları sahəsində imkanlarını daha da genişləndirmiş oldu.Qeyd edək ki, Bayraktar TB3 qısa uçuş-enmə zolaqlarında fəaliyyət göstərə bilən, yüksək döyüş yükü daşıma qabiliyyətinə malik və uzunmüddətli əməliyyatlar üçün nəzərdə tutulan yeni nəsil PUA-dır.
Polşanın şərqindəki Lukov qraflığının Osiny şəhərində qarğıdalı tarlasına düşərək partlayan obyektin Rusiyaya aid pilotsuz uçuş aparatı olduğu müəyyənləşdirilib. Polşanın PAP agentliyinin məlumatına görə, partlayış Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ancaq bəzi evlərin şüşələri sınıb. Hadisə yerində metal və plastik qalıqları aşkarlanıb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlamasında “Rusiyanın təxribatı ilə qarşı-qarşıyayıq” deyib və oxşar halların Moldova, Rumıniya, Litva, Latviya və Bolqarıstanda da baş verdiyini xatırladıb. Nazir əlavə edib ki, bütün hərbi bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib və diplomatik addımlar atılacaq.
Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə növbəti dəfə hücum edib. AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirilib.
Avramopulos bildirib ki, İstanbulda keçirilən üçtərəfli sammit Türkiyənin hərbi və geosiyasi gücündən səmərəli şəkildə istifadə etdiyini nümayiş etdirib. Onun sözlərinə görə, Yunanıstan yalnız seyrçi rolunda qalmaqla özünün beynəlxalq statusuna və cəmiyyətin psixologiyasına zərbə vurur. “Türkiyəni sadəcə təhdid kimi qəbul etməyimiz regiondakı proseslərdən kənarda qalmağımıza səbəb olur.” - deyə o bildirib.
Alman mediası Türkiyənin yeni pilotsuz döyüş sisteminin Qara dənizdə strateji balansı dəyişə biləcəyini yazıb.
Haluk Görgün, prezident Ərdoğanın sədrliyi ilə keçirilmiş son Müdafiə Sənayesi İcraiyyə Komitəsində qəbul edilən qərarların müdafiə sənayesində yeni dövr başladacağını bildirib.
Türkiyənin yerli və milli pilotsuz uçuş aparatları istehsalçısı Baykar, 2024-cü ildə də ixracat uğurunu davam etdirərək bütün sektorlar üzrə ölkənin ən çox məhsul ixrac edən ilk 10 şirkəti sırasına daxil olub.
Bayraktar AKINCI ÇAKIR raketi ilə hədəfi avtonom şəkildə tam dəqiqliklə vurub.