#2026-cı il futbol üzrə dünya çempionatı

ABŞ Prezidenti Donald Trampın 2026-cı il futbol üzrə dünya çempionatı zamanı demək olar ki, tamamilə diqqətdən kənarda qalması beynəlxalq mediada müzakirə mövzusuna çevrilib. Turnir ABŞ ərazisində keçirilsə və ölkənin ev sahibliyi etdiyi ən böyük idman tədbirlərindən biri hesab olunsa da, Tramp çempionatın ilk 22 günü ərzində keçirilən 82 oyunun heç birini stadiondan izləməyib.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb. Üç ölkədə keçirilən turnirdə ümumilikdə 48 milli komanda və 1284 futbolçu mübarizə aparır. Dünya çempionatı ilə bağlı beynəlxalq ictimaiyyətin ən çox maraq göstərdiyi mövzulardan biri də turnirdə çıxış edən futbolçuların gəlirləri və sərvətləridir. Bu çərçivədə ən çox gəlir əldə edən beş futbolçunun siyahısı açıqlanıb.

Haiti milli komandasının 2026-cı il futbol üzrə dünya çempionatına az müddət qalmış formalarını dəyişdirmək məcburiyyətində qalması ölkənin tarixi keçmişini yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirib. Beynəlxalq Futbol Federasiyası Haiti yığmasının formalarında əks olunan tarixi təsvirlərlə bağlı narahatlığını ifadə edərək onların turnirin qaydalarına uyğun olmadığını bildirib və dizaynın yenilənməsini tələb edib.

2026-cı il futbol üzrə dünya çempionatı ərəfəsində diqqətçəkən diplomatik qalmaqal yaşanıb. Fələstin Futbol Federasiyasının prezidenti Cibril ər-Rəcub ABŞ-yə giriş vizası ala bilmədiyini açıqlayıb. Federasiya rəhbərinin sözlərinə görə, Beynəlxalq Futbol Federasiyası tərəfindən bütün akkreditasiya prosedurları tamamlanmasına baxmayaraq, o, hələ də ABŞ ərazisinə daxil olmaq üçün tələb olunan vizanı əldə edə bilməyib.

2026-cı il futbol üzrə dünya çempionatının başlaması ilə birlikdə turnirin qalibi ilə bağlı proqnoz bazarında rekord həcmdə vəsait dövriyyəyə daxil olub. Beynəlxalq maliyyə və idman dairələrinin qiymətləndirmələrinə görə, mundialın qalibinin kim olacağına dair edilən proqnozların ümumi dəyəri artıq 2 milyard dollara yaxınlaşıb ki, bu da tarixdə qeydə alınan ən böyük göstəricilərdən biri hesab olunur.

2026-cı il futbol üzrə dünya çempionatı yalnız iştirakçı komandaların sayının artması və yarışın daha geniş coğrafiyada keçirilməsi ilə deyil, həm də futbolçular arasındakı diqqətçəkən fiziki fərqlərlə gündəmə gəlir. Turnirdə iştirak edən oyunçular arasında boy fərqi 44 santimetrdən artıqdır ki, bu da dünya futbolunun nə qədər müxtəlif xüsusiyyətlərə malik idmançıları bir araya gətirdiyini göstərir.