2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə İraq kapitallı 81 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq kapitallı şirkətlərin ümumi kapitalı 234 milyon türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 56 milyon 175 min türk lirəsi olub.
#İnvestorlar
Donald Trampın sosial media şirkətinin yeni ödənişli məlumat xidməti təqdim etməyə hazırlaşdığı bildirilir. Məlumata görə, xidmət istifadəçilərə Trampın paylaşımlarını digərlərindən daha tez görmək imkanı yaradacaq. Aylıq xidmət haqqının 100 min ABŞ dollarına qədər ola biləcəyi iddia edilir. Yeni sistem əsasən banklar və investisiya şirkətləri üçün nəzərdə tutulub. "Truth API" adlı xidmət platformanın ən nüfuzlu hesablarının paylaşımlarını daha sürətli çatdıracaq. Bu, şirkətin məlumatların lisenziyalaşdırılması sahəsində ilk təşəbbüsü olacaq. Şirkət bununla yeni gəlir mənbəyi yaratmağa çalışır. Hazırda yayılan məlumat rəsmi şəkildə təsdiqlənməyib.
ABŞ federal məhkəməsi İlon Maskın X sosial şəbəkəsinin alınması ilə bağlı mühüm vəsatətlərini rədd edib. Məhkəmə əvvəlki hökmün qüvvədə saxlanılmasına qərar verib. Hakim Çarlz Breyer investorların kollektiv iddiasını ləğv etmək tələbini də qəbul etməyib. Bununla yanaşı, İlon Maskın mübahisəli paylaşımlarından biri üzrə məsuliyyət daşımadığı müəyyən edilib. İnvestorların vəkilləri mümkün təzminat məbləğinin 2,5 milyard ABŞ dollarına çata biləcəyini bildirirlər. İlon Mask hazırda bununla yanaşı başqa bir investor iddiası ilə də üz-üzədir. Həmin işdə onun səhmlərin alınması ilə bağlı məlumatı gec açıqladığı iddia olunur. Məhkəmə prosesi ABŞ-da böyük maraq doğurmaqda davam edir.
Qlobal maliyyə bazarları Yaxın Şərqdə artan gərginliyin təsiri ilə dəyişir: neft qiymətləri yüksəlir, Brent nefti bir barrel üçün 97,41 dollar səviyyəsinə çatıb. S&P 500 və Dow Jones kimi əsas ABŞ səhm indeksləri isə açılışda müvafiq olaraq 0,06 və 0,17 faiz dəyərində azalıb. Nasdaq Composite indeksi də kiçik düşüşlə 27 092,845 səviyyəsinə geriləyib. Bu vəziyyət investorlar arasında narahatlığa səbəb olub və bazarlarda dalğalanmalara yol açır.