#nüvə silahı

İsrailin müdafiə naziri Livan, Suriya və Qəzzadan çəkilməyəcəklərini açıqlayıb. ABŞ ilə razılaşma istiqamətində İran məsələsi nəzərə alınır. İsrail müstəqil hərəkət qabiliyyətini qoruyacaq. ABŞ və İsrail İranın imkanlarına böyük zərbə endirib. Müdafiə naziri ordunun sərhədləri və vətəndaşları qoruyacağını vurğulayıb. Müdafiə sahələri Hermon dağından, Livan dağlarından və Səməriya torpaqlarından başlayır. Qəzzanın əksər hissəsi də müdafiə altındadır. İsrailin təhlükəsizlik doktrinası aydın və nəticəyönümlüdür.

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə silahına malik olmayacağını açıqlayıb. Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İranla razılaşmanın yaxınlaşdığı siqnalları zamanı verilib. Netanyahu bildirib ki, prezident Trampla bu məsələdə tam razılıq mövcuddur. O, qeyd edib ki, əgər onun fəaliyyəti olmasaydı, İran artıq atom bombalarına malik ola bilərdi. Bu silahlar İsraili məhv etmək məqsədini daşıya bilərdi. Netanyahu vurğulayıb ki, baş nazir olduğu müddətdə bu baş verməyəcək. Bu açıqlama regionda nüvə silahlarının yayılmasının qarşısının alınmasına yönəlir. İsrailin mövqeyi ABŞ ilə strateji razılaşmaya əsaslanır.

2026-cı ilin əvvəlində dünyadakı nüvə başlıqlarının sayının 12 187-yə çatdığı bildirilir. Nüvə arsenalına görə ilk iki pillədə Rusiya və ABŞ qərarlaşıb. Bu iki ölkə birlikdə dünya üzrə bütün nüvə başlıqlarının təxminən 86 faizinə sahibdir. Çin son illərdə arsenalını artıraraq üçüncü yerdə möhkəmlənib. Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya da nüvə silahına malik dövlətlər sırasında yer alır. Mütəxəssislər nüvə silahlarının əsas hissəsinin məhz Rusiya və ABŞ-da cəmləşməsinin qlobal təhlükəsizlik balansına təsir göstərdiyini bildirirlər. Son qiymətləndirmələr nüvə silahlanmasının beynəlxalq təhlükəsizlik gündəmində əsas mövzulardan biri olaraq qaldığını göstərir.

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İran məsələsində Çinin köməyinə ehtiyac duymur və Pekindən bu istiqamətdə yardım istəmir. Rubio, NBC-yə verdiyi müsahibədə, ABŞ və Çin liderlərinin Hörmüz boğazı ilə bağlı ortaq mövqe müəyyənləşdirdiklərini qeyd edib. O, həmçinin İranın nüvə silahı sahəsindəki fəaliyyətinə qarşı olduqlarını və boğazın hərbiləşdirilməsini qəbul etmədiklərini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.

Çin xarici işlər naziri Van İ ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması üçün təcili və hərtərəfli razılaşmanın əldə olunmasının vacibliyini bildirib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə görüşü zamanı müharibənin yenidən alovlanmasının arzuolunmaz olduğunu vurğulayıb və atəşkəsin gecikdirilmədən təmin edilməsinin zəruriliyini qeyd edib

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son vəziyyət, tətbiq edilən sanksiyalar və regional təhlükəsizlik məsələlərinə dair kəskin bəyanatlarla çıxış edib. VOA xəbər verir ki, prezident bildirib ki, İrana qarşı yeni blokada bazar ertəsi günündən etibarən qüvvəyə minəcək və digər dövlətlər də İranın neft satışının qarşısını almaq üçün fəal iş aparırlar.

İran parlamenti sədrinin müavini Əli Nikzad ABŞ ilə aparılan danışıqlarda İranın təqdim etdiyi 10 maddəlik təklifin qəbul edilməyəcəyi halda razılaşmanın baş tutmayacağını bildirib. Bildirilib ki, İranın irəli sürdüyü əsas tələblər arasında hərbi əməliyyatların tam dayandırılması, ABŞ qüvvələrinin regiondan çıxarılması, Hörmüz boğazı üzərindən keçid məsələlərinin tənzimlənməsi, sanksiyaların ləğvi və ölkəyə dəyən zərərin kompensasiyası yer alır.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi nüvə silahı əldə etmək niyyətində deyil və regionda gərginliyin azalmasının tərəfdarıdır. O qeyd edib ki, Novruz İran mədəniyyətində yeni başlanğıc rəmzidir və mövcud şəraitdə buna hər zamankından daha çox ehtiyac var.

BMT-nin tərkibində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatı regionda ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələrini izləyir və mümkün nüvə fəlakətinə hazırlaşır. Onun sözlərinə görə, belə bir hadisənin qarşısını tam şəkildə almaq mümkün deyil və təsirləri onilliklər boyu davam edə bilər.