İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir, Təhlükəsizlik Kabinetinin təsdiqlədiyi Qəzza işğalı planının həyata keçirilə bilməsi üçün təxminən 200 min ehtiyat əsgərə ehtiyac olduğunu bildirib. Bu barədə İsrail dövlət televiziyası KAN adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
#İsrail ordusu
Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur. Bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu sabah yerli vaxtla saat 18:00-da Təhlükəsizlik Kabinetinin iclasını keçirəcək. İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və digər hərbi rəhbərlərin xəbərdarlıqlarına baxmayaraq, Təhlükəsizlik Kabinetinin Qəzzanın tam işğalı planına razılıq verəcəyi gözlənilir.
İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərinə həsr olunmuş kiçik tərkibli müşavirə keçirib. Baş nazirin ofisinin verdiyi məlumata görə, təxminən üç saat davam edən iclasda əsas müzakirə mövzusu Qəzza zolağındakı vəziyyət olub.
Bu barədə İsrail mediası məlumat yayıb. Kanal 13 televiziyası tərəfindən yayımlanan gizli sənədlərə əsasən, Netanyahu hökuməti təhlükəsizlik və kəşfiyyat rəsmilərinin dəstəklədiyi hərtərəfli razılaşmaya qarşı çıxıb.
İsrailin təhlükəsizlik kabineti bu həftə Qəzzaya mərhələli şəkildə hücumların genişləndirilməsi və atəşkəs danışıqlarının gələcəyi ilə bağlı qərar verəcək.
Türkiyə Xarici İşlər Nazirliyi, israilli nazirlərin Əl-Əqsa məscidinə təşkil etdiyi basqını qınayıb. Bəyanatda, Əl-Əqsa məscidinin təhlükəsizliyinin və Qüdsün müqəddəs kimliyinin qorunmasının yalnız regional deyil, bəşəriyyətin ortaq vicdanı naminə prioritet məsuliyyət olduğu vurğulanıb.
İsrail ordusu Qəzza zolağında yardım gözləyən fələstinlilərə atəş açıb. Hadisə nəticəsində 23 nəfər həlak olub. Qəzzanın cənubundakı Nasser Xəstəxanasının verdiyi məlumata görə, müxtəlif yardım paylama məntəqələrinin yaxınlığından ümumilikdə 23 meyit qəbul edilib.
İsrail Müdafiə Ordusu (SAXAL), Qəzza zolağında HƏMAS-ın "Əl-Furqan" batalyonunun komandir müavinini öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Səhər saatlarında İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava və artilleriya zərbələri nəticəsində azı 22 fələstinli həyatını itirib.
Məlumatda 401-ci Zirehli Briqadanın ehtiyatda olan əsgəri Roi Vasserşteyn (24) dünən “xidməti zamanı aldığı dəhşətli travmadan” sonra intihar etdiyi bildirilib.
AzerVoice xəbər verir ki, ABŞ-ın müstəqil Vermont senatoru Bernie Sanders tərəfindən hazırlanan iki qanun layihəsi axşam saatlarında Senatın Baş Assambleyasında səsverməyə çıxarılıb.