Livan hökuməti bildirib ki, İsrail hücumlarının intensivləşdiyi martın 2-dən bəri ölkədə azı 2,883 nəfər həlak olub, 8,787 nəfər yaralanıb. Rəsmi məlumata görə, on minlərlə insan sığınacaqlara yerləşdirilib, minlərlə ailə isə məcburi köçkün vəziyyətinə düşüb.
#Yaxın Şərq müharibəsi
Yaxın Şərqdə davam edən müharibə hələ başa çatmasa da, onun gec-tez sona çatacağı şübhə doğurmur. Ölüm, dağıntı və genişmiqyaslı zorakılıq səhnələri, eləcə də tərəflərin sərt ritorikası zamanla tarixə çevriləcək və region bir müddət sonra bu mərhələni geridə qoyacaq. Lakin bu prosesin nəticəsində bölgədəki güc balansı və siyasi münasibətlər köklü şəkildə dəyişəcək.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı ritorikasını ən yüksək həddə çatdıraraq, Tehranın nüvə və regional ambisiyalarına qarşı "total məhv" hədəsi ilə çıxış edib.
Dünyanın üç nəhəng maliyyə və humanitar təşkilatı Yaxın Şərqdə davam edən hərbi münaqişələrin qlobal ərzaq təhlükəsizliyinə sarsıdıcı zərbə vurduğu barədə birgə bəyanat yayıb.
Qlobal enerji bazarında vəziyyət daha da gərginləşə bilər və yaxın aylarda neft-qaz böhranının dərinləşməsi ehtimalı artır. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Yaxın Şərqdə davam edən müharibə fonunda dünya enerji bazarında vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.