#Polad zavodlarına hücumların hərbi əsaslandırılması

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrail hərbi hava qüvvələrinin birgə həyata keçirdiyi zərbələr nəticəsində İranın polad istehsalı gücünün 70 faizinin məhv edildiyini bəyan edib. Netanyahu bu barədə yaydığı video-müraciətdə hərbi əməliyyatların Tehranın iqtisadi və hərbi sütunlarına ağır zərbə vurduğunu vurğulayıb.