#Bayraktar TB2 və freqatlar Qara dənizdə keşik çəkir - Rəsmi məlumat

Türkiyə Milli Müdafiə Nazirliyi Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə yaranan dreyf edən mina və pilotsuz vasitə təhdidlərinə qarşı həyata keçirilən genişmiqyaslı fəaliyyətlər barədə açıqlama verib. Türkiyənin rəhbərliyi, Rumıniya və Bolqarıstanın iştirakı ilə yaradılan "Qara dənizdə Minalara Qarşı Tədbirlər üzrə Əməliyyat Qrupu"nun (MCM Black Sea) fəaliyyəti çərçivəsində təhlükəsizlik tədbirləri fasiləsiz davam etdirilir.