#raket

Qətərin dövlət neft-qaz şirkəti QatarEnergy raket zərbələrinin nəticələrinin aradan qaldırılmasının 5 ilə qədər davam edə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyət şirkəti Çin, Cənubi Koreya, İtaliya və Belçikaya mayeləşdirilmiş təbii qaz (LNG) üzrə uzunmüddətli tədarüklərdə fors-major elan etməyə məcbur edə bilər.

Birləşmiş Ərəb Əmirliklərinin strateji əhəmiyyətli Fuceyra limanı pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib. "Bloomberg"in yaydığı məlumata görə, hücum nəticəsində limandakı neft anbarlarında güclü yanğın başlayıb. Hadisə yerindən çəkilən görüntülərdə limandan qatı tüstü buludlarının yüksəldiyi müşahidə olunur. Yanğın və təhlükəsizlik riskləri səbəbindən limandakı bəzi neft yükləmə əməliyyatlarının və digər fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığı bildirilir.

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib", - məlumatda deyilir.

Texas ştatındakı Starbase bazasından həyata keçirilməsi planlaşdırılan buraxılış havaya qalxmadan yarım saat əvvəl dayandırılıb. Şirkət qərarın yer sistemlərində aşkarlanan texniki problemə görə qəbul edildiyini açıqlayıb. Yanacaq yüklənməsi zamanı yaranan nasazlıq geri sayımın dayandırılmasına səbəb olub. “Bugünkü uçuş ləğv edildi. Yer sistemlərindəki nasazlıqların aradan qaldırılması üçün əlavə vaxta ehtiyac var.” - deyə SpaceX-in bəyanatında bildirilib. Xatırladaq ki, Starship proqramı son aylarda ardıcıl uğursuz sınaqlarla gündəmdədir. İyun ayında sınaq stendində partlayış qeydə alınmış, mayda isə 9-cu uçuş zamanı orbitə çatmasına baxmayaraq raket daşıdığı 8 Starlink peykini yerləşdirə bilməmişdi. Həmin vaxt yanacaq sızması səbəbindən yüksəklik problemi yaranmış və uçuşdan 30 dəqiqə sonra raketlə əlaqə kəsilmişdi. Səkkizinci sınaq uçuşu isə mühərrik nasazlığına görə starta bir dəqiqə qalmış dayandırılmışdı.

İranın müdafiə naziri Əziz Nəsirzadə İsrailin 12 günlük hücumlarından sonra ölkəsinin “üstün xüsusiyyətlərə” malik yeni raketlər istehsal etdiyini bəyan edib. Tasnim Xəbər Agentliyinin məlumatına görə, Nəsirzadə Müdafiə Sənayesi Günündə çıxışı zamanı “12 günlük müharibədə istifadə olunan raketlər illər əvvəl istehsal olunmuşdu. Hazırda isə əvvəlkilərdən qat-qat üstün xüsusiyyətlərə malik yeni raketlər hazırlanıb” - deyə bildirib. Nazir əlavə edib ki, İsrailin yeni hücumu halında bu raketlərdən istifadə olunacaq.