#İran hücumları

Bəhreyn Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin İran mənşəli hücumlara qarşı indiyədək 102 ballistik raketi və 171 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb. Məlumata görə, hücumların başladığı vaxtdan etibarən ölkənin hava hücumundan müdafiə sistemləri 102 ballistik raketi və 171 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Səudiyyə Ərəbistanı və Küveyt bazar günü axşam saatlarında İran raketlərinin qarşısını aldıqlarını açıqlayıb. Bəhreyn də ABŞ və İsrailin İrana qarşı müharibəsinə cavab olaraq həyata keçirilən bu hücumlar fonunda həyəcan siqnallarını işə salıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyanatında paytaxt Ər-Riyaddan cənub-şərqdə, Əl-Xərc əyalətində yerləşən Şahzadə Sultan aviabazasına doğru atılan iki ballistik raketi zərərsizləşdirdiyini və məhv etdiyini bildirib. Daha sonra Nazirlik bazar ertəsi səhər saatlarında Rüb əl-Xali səhrasında Şeybə yatağına doğru hərəkət edən bir PUA-nın zərərsizləşdirilərək məhv edildiyini açıqlayıb.

Bildirilib ki, sərnişinlərin, hava limanı əməkdaşlarının və aviaşirkət ekipajlarının təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının (DXB) fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qeyd olunub ki, bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.