Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsraili Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. O, bu bəyanatı Avropa İttifaqının zirvə toplantısından sonra keçirilən mətbuat konfransında səsləndirib. Fon der Lyayen ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunu mühüm fürsət kimi qiymətləndirib. Onun sözlərinə görə, razılaşma Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə və regional təhlükəsizliyin güclənməsinə kömək edə bilər. Avropa Komissiyasının sədri Livandakı vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib. O, sabit və suveren Livanın Yaxın Şərqdə sülh üçün vacib olduğunu vurğulayıb. Fon der Lyayen Avropa İttifaqının Livan hakimiyyətinin silahsızlaşdırma siyasətini dəstəklədiyini qeyd edib. Antonio Koşta isə ABŞ-İran razılaşmasını bölgə üçün mühüm dönüş nöqtəsi adlandırıb.
#Ursula fon der Lyayen
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrana qarşı sanksiyalarla bağlı mövqeni açıqlayıb. O bildirib ki, sanksiyaların ləğvi üçün əvvəlcə real dəyişikliklər baş verməlidir. Fon der Lyayenin sözlərinə görə, bu dəyişikliklər etibarlı və yoxlanıla bilən olmalıdır. Avropa İttifaqı yalnız bundan sonra məhdudiyyətlərin yumşaldılmasını nəzərdən keçirə bilər. O qeyd edib ki, sanksiyalar müxtəlif səbəblərlə tətbiq olunub. Bunlar insan hüquqları və kütləvi qırğın silahları ilə bağlı narahatlıqları əhatə edir. Avropa Komissiyasının sədri qərarların konkret vəziyyətə əsasən veriləcəyini vurğulayıb. Avropa İttifaqı gələcək addımlarını hadisələrin inkişafına uyğun müəyyənləşdirəcək.
Avropa İttifaqı Suriya ilə iqtisadi və ticarət münasibətlərinin geniş şəkildə bərpası barədə qərar qəbul edib. Avropa Şurasının qəbul etdiyi qərara əsasən, Avropa İqtisadi Birliyi ilə Suriya Ərəb Respublikası arasında əməkdaşlıq sazişinin qismən dayandırılması ləğv olunub və bununla da tərəflər arasında daha geniş ticarət əlaqələrinin bərpasına start verilib.
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir. Zelenski ilə yanaşı, görüşə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılıb.
“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi”
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna prezidenti Volodimir Zelenskidən ölkənin iki əsas antikorrupsiya qurumu — NABU (Milli Antikorrupsiya Bürosu) və SAP-ın (Xüsusi Antikorrupsiya Prokurorluğu) müstəqilliyinin məhdudlaşdırılması ilə bağlı izahat tələb edib.
İtaliyanın Baş naziri Corcia Meloni bazar günü ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı məhsullarına 30 faiz gömrük rüsumu tətbiq edəcəyini elan etməsindən sonra “Qərb ölkələri arasında ticarət müharibəsi”nin başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Avropa İttifaqı (Aİ) ABŞ-ın tətbiq etdiyi tarif artımına cavab tədbirləri hazırlayıb, lakin hazırkı mərhələdə bu tədbirləri tətbiq etməyəcək və məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verəcək.
Avropa Parlamenti (AP) gələn həftə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə etimad votumu ilə bağlı səsvermə keçirəcək.