Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi səfər çərçivəsində Cənubi Koreyanın paytaxtı Seulda bu ölkənin xarici işlər naziri Cho Hyun ilə görüşüb. Diplomatik mənbələrin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Səfər çərçivəsində Hakan Fidan Seul şəhərində yerləşən Koreya Respublikasının Hərbi Memorialı kompleksini də ziyarət edərək abidə önünə əklil qoyub.
#bərpa olunan enerji
D-8 enerji nazirləri və OECD baş katibi Sohail Mahmud enerji sahəsində balanslı və dayanıqlı yanaşmanın vacibliyini vurğulayıblar. Karbohidrogenlər və bərpa olunan enerji arasında seçim olmamalıdır; məqsəd davamlı inkişafı dəstəkləyən şaxələndirilmiş və dayanıqlı enerji sistemlərinin yaradılmasıdır. Forumda həmçinin innovasiya, təmiz texnologiyalar, enerji səmərəliliyi və iqlim dayanıqlığı sahələrinə eyni vaxtda investisiya qoyuluşlarının önəmi qeyd edilib.
WUF13 çərçivəsində keçirilən D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqunda iştirakçılar dayanıqlı şəhərlərin enerji təminatı, yaşıl enerji layihələri və ağıllı şəhər konsepsiyaları mövzusunda təcrübə mübadiləsi aparıblar.
Energetika naziri Pərviz Şahbazovla İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Azad edilmiş ərazilərdə sənaye miqyaslı günəş və külək elektrik enerjisi stansiyalarının potensialının çox olduğu yerlər var. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib. Onun sözlərinə görə, günəş enerjisi ilə bağlı Cəbrayıl və Zəngilan, külək enerjisi üzrə isə Laçın və Kəlbəcərdə ciddi potensial mövcuddur: "Bu istiqamətdə müvafiq işlər gedir. Ümumilikdə, sözügedən zonalarda elektrik enerjisi stansiyalarının yaxın zamanlarda istismara veriləcəyinin şahidi olacağıq. Artıq stansiyaların bir qisminin təməli qoyulub, bir qismində ölçmələr gedir, bir hissəsində isə bütün müqavilə bazası hazırdır.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Çinin aparıcı enerji texnologiyaları istehsalçılarından Dongfang Electric Corporation ilə Türkiyədə külək turbinlərinin istehsalı üzrə böyük layihə üzərində danışıqlar apardıqlarını açıqlayıb.
2-ci Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü start götürüb. tədbirdə COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və digər rəsmi şəxslər çıxış edəcəklər.
Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Türkiyə ilə Çin arasında fərqli coğrafiyalarda əməkdaşlığın mümkün olduğunu bildirərək, “Bu əməkdaşlıq Afrika, Yaxın Şərq, Orta Asiya və ya Balkanlarda ola bilər. Bu bölgələrdə də əməkdaşlığa açığıq,” – deyə qeyd edib. Nazir Bayraktar, Çin dövlət televiziyasına bağlı CGTN Türk kanalına verdiyi müsahibədə Türkiyə ilə Çin arasında enerji əməkdaşlığına dair qiymətləndirmələr aparıb.
Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.
Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar nüvə enerjisinin təkcə təmiz enerji mənbəyi deyil, həm də ölkənin artan iqtisadi ehtiyacları baxımından strateji zərurət olduğunu bildirib.