Əvvəl terrorsuz Türkiyə, sonra terrorsuz bölgə. Prezident Rəcəb Tayyib Ərdoğan, Atatürk Havalimanı Millet Bahçəsinin açılışında çıxış edərək ölkədə təhlükəsizliyin və sülhün vacibliyini vurğulayıb. Ərdoğan bildirib ki, “Milətimizin ödədiyi qurbanlar boşa getməyib. Biz yalnız sərhədlərimiz daxilində deyil, sərhədlərimizin kənarında da barışın, təhlükəsizliyin və sülhün hökm sürdüyü yeni bir dövrü mütləq başladaq. Bunda sonuna qədər qərarlıyıq. Əvvəl terrorsuz Türkiyə, sonra terrorsuz bölgə.”
#təhlükəsizlik
Sentyabrın 29-da Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi" mövzusunda konfrans keçirilir.
Türkiyədə son bir həftə ərzində 81 şəhərdə keçirilən əməliyyatlarda min 867 ədəd silah ələ keçirilib, 2 min 82 şübhəli isə hüquqi prosedurlara cəlb edilib. Yerlikaya açıqlamasında qanunsuz silah tədarükünün yalnız qanun pozuntusu olmadığını, eyni zamanda cəmiyyətin təhlükəsizliyinə ciddi təhdid olduğunu vurğulayıb.
Türkiyənin 38 şəhərində son bir həftə ərzində aparılan əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan və təşkilata maliyyə dəstəyi göstərdiyi müəyyən edilən 161 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama yayaraq, əməliyyatların detallarını ictimaiyyətlə bölüşüb.
Tunisin təhlükəsizlik qüvvələri Sidi Busaid limanında Azadlıq Flotiliyasının əsas gəmisinə qarşı həyata keçirilən dron hücumu ilə bağlı araşdırma aparır. Paytaxt Tunisdə keçirilən mətbuat konfransında Mağrib Flotiliyası İcra Komitəsinin üzvü Qəssan əl-Hənşiri bildirib ki, istintaq Tunisin təhlükəsizlik qurumları tərəfindən davam etdirilir.
İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Hava Limanından AzerVoice-ə verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Bildirilib ki, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində 250-dən çox insan həyatını itirib, 500-dən çox insan yaralanıb, ölü sayının artacağı gözlənilir. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Pakistan sərhədi yaxınlığında, 8 kilometr dərinlikdə olduğunu açıqlayıb. Zəlzələnin vurduğu ən böyük zərər Kunar əyalətində qeydə alınıb, burada torpaq sürüşməsi nəticəsində yollar bağlanıb və xilasetmə işləri vertolyotlarla aparılır.
Tramp, avqustun 11-də elan etdiyi “ictimai təhlükəsizlik fövqəladə vəziyyəti” çərçivəsində Vaşinqtonda avtomobil qaçırma hallarının 87 faiz azaldığını, eləcə də digər cinayət kateqoriyalarında əhəmiyyətli enişlər müşahidə olunduğunu bildirib. O, “Vaşinqton cəmi 14 gün ərzində planlaşdırılandan çox daha sürətli cinayətdən azad zona olacaq,” – deyə vurğulayıb. Qeyd edək ki, Tramp administrasiyası vəzifəyə gəldikdən sonra Vaşinqton D.C.-nin yerli hökumətlərini cinayət və evsizliklə mübarizədə uğursuzluqda ittiham edib. Paytaxtda cinayət nisbətlərinin artdığını iddia edən Tramp, şəhərin təhlükəsiz, təmiz və yaşana bilən bir məkana çevrilməsi üçün federal hökumətin idarəçiliyi ələ almasını müdafiə etmişdi. Bu məqsədlə, avqustun 11-də Tramp “Vaşinqtonda təhlükəsizliyin təmin edilməsi və küçələri evsizlərdən təmizləmək” kimi səbəblərlə Vaşinqtonun Metropolitan Polis İdarəsini federal nəzarətə götürüb və şəhərə təxminən 800 Milli Qvardiya əsgəri yerləşdirib.
Tramp, təxminən 80 dəqiqəlik konfransda immiqrasiya və təhlükəsizlik siyasətlərinə görə tənqidlərə məruz qalıb. Milli Qvardiyanın Vaşinqton küçələrinə yerləşdirilməsini müdafiə edərək, “Məni respublikaya hücumda ittiham edirlər, halbuki təbrik etməlidirlər,” - deyə o bildirib. O, Müdafiə Nazirliyinin adını “Müharibə Departamenti” kimi dəyişdirmək planını açıqlayıb və bunun “qələbə tarixi” daşıdığını qeyd edib.
İstanbulda yerləşən Haydarpaşa Limanında bu gün səhər saatlarında yanacaq doldurma gəmisində yanğın qeydə alınıb. Məlumata görə, gəminin anbar hissəsində başlayıb. Hadisə şahidlərinin verdiyi məlumat əsasında əraziyə dərhal yanğınsöndürmə briqadaları, polis və təcili tibbi yardım qrupları göndərilib.
2022-ci ilin noyabrında Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra Arlanda Hava Limanında unudulan qovluğun NATO-ya üzvlük prosesi ilə bağlı məhdud tərkibdə keçirilən görüşlərə aid olduğu ehtimal edilir. İsveç mətbuatından olan “Dagens Nyheter” qəzetinə görə, qovluqda xarici əlaqələr sirri sayıla biləcək söhbət qeydləri və diplomatik sənədlər var, lakin həssas kəşfiyyat məlumatları yoxdur. Baş nazirliyin açıqlamasına əsasən, sənədlər bir işçi tərəfindən təsadüfən unudulub və hadisə təhlükəsizlik pozuntusu kimi qiymətləndirilmir. Buna baxmayaraq, hadisə İsveçdə təhlükəsizlik prosedurlarının effektivliyi ilə bağlı ciddi suallar doğurub.
Suriya Xarici İşlər Nazirliyi sentyabrın 25-də İsraillə təhlükəsizlik müqaviləsi imzalanacağına dair yayılan xəbərləri rədd edib. Nazirliyin Media Departamentinin Koordinasiya və Kommunikasiya İdarəsi iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı iddiaları inkar edib. Bununla yanaşı, Suriyanın xarici işlər naziri Əsəd Əl-Şabani Parisdə İsrail nümayəndə heyəti ilə görüşərək regionda sabitliyin möhkəmləndirilməsi, gərginliyin azaldılması və Sveyda əyalətində atəşkəsin monitorinqi kimi məsələləri müzakirə edib. Qeyd edək ki, bu açıqlama Suriya və İsrail arasında ABŞ-ın himayəsi altında təhlükəsizlik sazişi imzalanacağına dair iddiaların yayılmasından sonra verilib.