#təhlükəsizlik

Tramp, təxminən 80 dəqiqəlik konfransda immiqrasiya və təhlükəsizlik siyasətlərinə görə tənqidlərə məruz qalıb. Milli Qvardiyanın Vaşinqton küçələrinə yerləşdirilməsini müdafiə edərək, “Məni respublikaya hücumda ittiham edirlər, halbuki təbrik etməlidirlər,” - deyə o bildirib. O, Müdafiə Nazirliyinin adını “Müharibə Departamenti” kimi dəyişdirmək planını açıqlayıb və bunun “qələbə tarixi” daşıdığını qeyd edib.

İstanbulda yerləşən Haydarpaşa Limanında bu gün səhər saatlarında yanacaq doldurma gəmisində yanğın qeydə alınıb. Məlumata görə, gəminin anbar hissəsində başlayıb. Hadisə şahidlərinin verdiyi məlumat əsasında əraziyə dərhal yanğınsöndürmə briqadaları, polis və təcili tibbi yardım qrupları göndərilib.

2022-ci ilin noyabrında Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra Arlanda Hava Limanında unudulan qovluğun NATO-ya üzvlük prosesi ilə bağlı məhdud tərkibdə keçirilən görüşlərə aid olduğu ehtimal edilir. İsveç mətbuatından olan “Dagens Nyheter” qəzetinə görə, qovluqda xarici əlaqələr sirri sayıla biləcək söhbət qeydləri və diplomatik sənədlər var, lakin həssas kəşfiyyat məlumatları yoxdur. Baş nazirliyin açıqlamasına əsasən, sənədlər bir işçi tərəfindən təsadüfən unudulub və hadisə təhlükəsizlik pozuntusu kimi qiymətləndirilmir. Buna baxmayaraq, hadisə İsveçdə təhlükəsizlik prosedurlarının effektivliyi ilə bağlı ciddi suallar doğurub.

Suriya Xarici İşlər Nazirliyi sentyabrın 25-də İsraillə təhlükəsizlik müqaviləsi imzalanacağına dair yayılan xəbərləri rədd edib. Nazirliyin Media Departamentinin Koordinasiya və Kommunikasiya İdarəsi iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı iddiaları inkar edib. Bununla yanaşı, Suriyanın xarici işlər naziri Əsəd Əl-Şabani Parisdə İsrail nümayəndə heyəti ilə görüşərək regionda sabitliyin möhkəmləndirilməsi, gərginliyin azaldılması və Sveyda əyalətində atəşkəsin monitorinqi kimi məsələləri müzakirə edib. Qeyd edək ki, bu açıqlama Suriya və İsrail arasında ABŞ-ın himayəsi altında təhlükəsizlik sazişi imzalanacağına dair iddiaların yayılmasından sonra verilib.

İsveçin Stokholm Universiteti Türkiyənin müdafiə sənayesindəki yüksəlişi və Avropa təhlükəsizlik arxitekturasındakı potensial rolu ilə bağlı yeni hesabat dərc edib. Paul T. Levin və Minna Ålander tərəfindən hazırlanan sənəd “İsveç və Finlandiyanın Türkiyənin Avropa Təhlükəsizliyindəki Roluna dair Qavrayışları” başlığı ilə təqdim olunub. Hesabatda Avropa İttifaqının üzləşdiyi problemlər, Ukrayna müharibəsi fonunda təhlükəsizlik arxitekturasındakı dəyişikliklər və Türkiyənin bu nizamda strateji mövqeyi ətraflı şəkildə təhlil olunub. Müəlliflər qeyd ediblər ki, ABŞ-ın müttəfiq kimi artan etibarsızlığı fonunda Türkiyə Avropada hərbi və təhlükəsizlik əməkdaşlığı üçün etibarlı tərəfdaş qismində önə çıxır.

XİN-in sözçüsü Öncü Keçeli “X” sosial şəbəkəsindəki paylaşımında , “İraqın sabitliyi və sülhü, eləcə də vətəndaşlarımızın təhlükəsizliyi üçün Süleymaniyyədəki hadisələri yaxından izləyirik.” - deyə bildirib. Keçeli qeyd edib ki, Türkiyənin Ərbildəki Baş Konsulluğu hazırda bölgədə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq aparır. Hadisələrin təfərrüatları barədə əlavə məlumat verilməsə də, Ankara bölgədəki gərginliyi izləyir və ehtiyac yaranacağı halda Türkiyə vətəndaşları üçün əlavə tədbirlərin görüləcəyini bəyan edib.

Səfirlik yayımladığı açıqlamada “aşılmaz maneə yaradan vəziyyət“ səbəbindən konsulluq xidmətlərinin növbəti xəbərdarlığa qədər dayandırıldığını bildirib. Açıqlamada “aşılmaz maneə”nin mahiyyəti və səbəbləri barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, Avstriyanın Tehrandakı səfirliyi ölkədə fəaliyyət göstərən Avstriya vətəndaşlarına konsulluq məsələləri ilə bağlı növbəti rəsmi xəbərdarlığa qədər xidmət təqdim etməyəcək.

Türk Hava Yollarının (THY) təyyarələri son 12 ayda 36 ölkədə 61 hava limanında aparılan 89 təhlükəsizlik yoxlamasından uğurla çıxıb. THY-nin baş direktoru Bilal Ekşi sosial media hesabında bildirib ki, SAFA proqramı çərçivəsində yoxlamalar zamanı 0,378 nisbətində “yoxluq göstəricisi” qeydə alınıb və bu, yüksək nəticə sayılır. Onun sözlərinə görə, sərnişinlərin rahat və təhlükəsiz uçuşu üçün bütün qaydalara ciddi şəkildə əməl olunur. Qeyd edək ki, SAFA (“Xarici təyyarələrin təhlükəsizliyinin qiymətləndirilməsi”) Avropa Birliyi ölkələrində tətbiq olunan proqramdır və beynəlxalq uçuş təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlamaq məqsədi daşıyır. Yoxlamalar təyyarələrin texniki vəziyyəti, kokpit və kabinə standartları, həmçinin sərnişinlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı tələbləri əhatə edir.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Faysal bin Fərhan bəyan edib ki, bölgədə təhlükəsizlik, sabitlik və rifahın təməli Fələstin xalqına ədalət bərpa olunmasından keçir. O, 1967-ci il 4 iyun sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının zəruriliyini vurğulayıb.

Dövlətimizin bütün qurumları öz vəzifələrini layiqincə yerinə yetirir. Qarşımıza çıxan maneələrə baxmayaraq, hədəflərimizə doğru addım-addım irəliləyirik. Ölkəmizin yolu da, bəxti də açıqdır. Millətimizin duası və dəstəyi ilə mübarizəmizi əzmlə davam etdiririk. "Türkiyə Əsri"nin qurulmasına dəstək verən hər kəsə təşəkkür edirəm.