#İsrail kəşfiyyat xidməti

İsrailin Baş prokuroru Gali Baharav-Miara Baş nazir Benyamin Netanyahu tərəfindən Roman Qofmanın Mossad rəhbəri vəzifəsinə təyin olunmasına etiraz edib. İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Baş prokuror məsələ ilə bağlı İsrail Ali Məhkəməsinə rəsmi etiraz ərizəsi təqdim edib. Baharav-Miara sənəddə Qofmanın təyinatında “əsaslı hüquqi və etik qüsurlar” olduğunu vurğulayıb.

Baş nazir Benyamin Netanyahu özünün hərbi katibi, general Roman Qofmanı "Mossad"ın yeni rəhbəri təyin edib. Lakin bu təyinat İsrailin hərbi və siyasi elitasında ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, vəzifəsini təhvil verən hazırkı rəhbər David Barnea və ölkənin baş prokuroru Qali Baharav-Miara Qofmanın təcrübəsizliyini əsas gətirərək bu qərara qarşı çıxırlar.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin kəşfiyyat xidməti MOSSAD-a bağlı casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı İstanbulda genişmiqyaslı əməliyyat həyata keçirib. İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə birgə keçirilən “MONİTUM” əməliyyatı çərçivəsində MOSSAD adına casusluq fəaliyyəti göstərdiyi müəyyən edilən Mehmet Budak Derya və Veysel Kerimoğlu saxlanılıb.