ABŞ dövlət katibi Mark Rubio bildirib ki, Kuba hökuməti ilə diplomatik yolların nəticə verməsi çətin görünür və adadakı sosialist hökumətinin ABŞ üçün təhlükəsizlik riskləri yaratdığı vurğulanıb. Bu, adanın keçmiş lideri Raul Kastroya qarşı cinayət ittihamlarının açıqlanmasından sonra yaranan yeni təhlükə kimi qiymətləndirilir.
#ABŞ-ın Kubaya təzyiqləri
The Wall Street Journal (WSJ) Trampın Venesuelada tətbiq etdiyi nümunəni Kuba üçün də nəzərdə tutduğunu bildirir. Mənbələrə görə, ABŞ rəsmiləri Kuba hökumətinə yaxın şəxsləri izləyir və Raul Kastronun rəhbərlik etdiyi hökuməti dəyişdirmək üçün mümkün razılaşma axtarır. Trampın yanaşması Venesuelada Maduronun qarşısında tətbiq olunan təzyiq və ABŞ-la əməkdaşlıq edən müvəqqəti lider Delsi Rodrigesin nümunəsinə əsaslanır.
ABŞ Prezidenti Donald Tramp administrasiyası, Kubaya qarşı iqtisadi və diplomatik təzyiqlərin nəticə verməməsi səbəbindən hərbi müdaxilə seçimini daha ciddi şəkildə nəzərdən keçirir. Xatırladaq ki, ABŞ 30 yanvar tarixində Kubaya neft tədarük edən ölkələrdən gələn mallara gömrük rüsumu tətbiq etmiş, Kubanın enerjiyə çıxışını məhdudlaşdırmışdı. ABŞ-ın bu addımı ölkənin “zərərli siyasətlərinə” qarşı milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumaq məqsədilə atıldığı bildirilmişdi
Kuba Prezidenti Miqel Dias Kanel xəbərdarlıq edib ki, ABŞ-ın Kuba üzərində hərbi müdaxiləsi "hesablanamaz nəticələrə malik qan banyosuna" səbəb ola bilər. Dias-Kanel sosial şəbəkə hesabında bildirib ki, Küba heç bir ölkəyə təhdid yaratmır və hər hansı hərbi hücuma qarşı özünü müdafiə etməkdə tam və qanuni hüquqa malikdir.
Kuba Prezidenti Miqel Dias Kanel ABŞ-ın Kubaya qarşı hərbi hücum ehtimalının gündəmdə olduğunu bildirib. Paytaxt Havanada Kuba İnqilabının "sosialist xarakterinin" elan edilməsinin 65-ci ildönümü münasibətilə çıxış edən Kanel ABŞ ilə yaşanan gərginliyə toxunub. Kanel ABŞ-ın Kubaya hərbi müdaxilə ehtimalını vurğulayaraq qeyd edib ki, ölkəsi müharibə istəmir, lakin vəzifələri müharibənin qarşısını almaq üçün hazırlıqlı olmaq və əgər bu qaçılmaz olarsa, qalib gəlməkdir.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya məxsus neft tankerinin Kubaya yanacaq çatdırmasına etiraz etmədiyini bildirib. Məlumata görə, Rusiyaya məxsus “Anatoliy Kolodkin” adlı tanker Kubanın Matansas limanına təxminən 730 min barrel neftlə çatıb. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan gəminin yükü “humanitar yardım” kimi təqdim olunur.
ABŞ-ın Kubaya qarşı iqtisadi təzyiqləri artdıqca ölkə əhalisi gündəlik həyatda ciddi çətinliklərlə mübarizə aparmağa məcbur qalır. Xüsusilə yanacaq qıtlığı vəziyyəti daha da ağırlaşdırıb. Əvvəlcə Venesuela, sonra isə Meksika Kubaya neft tədarükünü dayandırıb. ABŞ prezidenti Donald Tramp isə Kubanı neftlə təmin edən ölkələrə qarşı rüsum tətbiq ediləcəyini açıqlayıb.