ABŞ Venesuelanın paytaxtı Karakasda yerləşən səfirliyinin fəaliyyətini 7 ildən sonra bərpa edib. Rəsmi açıqlamada bildirilib ki, səfirliyin yenidən açılması ABŞ-ın Venesuelada diplomatik mövcudluğunda yeni dövrün başlanğıcını ifadə edir və hökumət, vətəndaş cəmiyyəti, eləcə də özəl sektorla birbaşa əlaqələrin genişləndirilməsinə imkan yaradacaq.
#Vaşinqton
ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan edib. Qeyd olunur ki, ABŞ rəhbərliyi boğazın açılması üçün genişmiqyaslı hərbi əməliyyatların 4–6 həftəlik planlaşdırılan müddətdən daha uzun çəkəcəyini hesab edir və bu səbəbdən alternativ variantlara üstünlük verir. Bununla yanaşı, Vaşinqton Avropa və Körfəz müttəfiqlərini prosesə cəlb etməyi nəzərdən keçirir.
Ağ Ev İranla pərdəarxası aparılan danışıqlarda mühüm irəliləyişin olduğunu bəyan edib. Rəsmi məlumata görə, Tehran tərəfi münaqişəni sonlandırmaq üçün ABŞ administrasiyasının irəli sürdüyü bəzi strateji bəndlər və şərtlərlə razılaşıb.ABŞ rəsmiləri vurğulayıblar ki, qapalı qapılar arxasında keçirilən görüşlərdə əldə olunan bu razılıqlar İran rejimindəki "mötədil ünsürlərin" hərbi və iqtisadi dağıntıları dayandırmaq istəyini əks etdirir. Bildirilib ki, xüsusi görüşlərdə nümayiş etdirilən bu çeviklik rejimin ictimaiyyət qarşısında səsləndirdiyi sərt bəyanatlarla kəskin ziddiyyət təşkil edir.
ABŞ Dövlət katibi Marko Rubio "ABC" telekanalına verdiyi müsahibədə rəsmi Vaşinqtonun Hörmüz boğazındakı naviqasiya azadlığı və İranla davam edən diplomatik təmaslarla bağlı qətiyyətli mövqeyini açıqlayıb.
Donald Tramp administrasiyası bölgəyə minlərlə əsgər yerləşdirməsinə baxmayaraq, hazırda İrana qarşı genişmiqyaslı quru müdaxiləsi həyata keçirmək planının olmadığını müttəfiqlərinə təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranda "çox yaxşı iş gördüyünü" bir daha bəyan edib.
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin İran məsələsində gecikən reaksiyasından narazı olduğunu bildirib. Xatırladaq ki, Tramp daha əvvəl NATO ölkələrinin İranla bağlı vəziyyətdə ABŞ-a dəstək vermədiyini bildirərək alyansı tənqid etmişdi. O, ABŞ-ın NATO-nun köməyinə ehtiyac duymadığını, lakin bu vəziyyəti unutmayacaqlarını qeyd etmişdi.
ABŞ Hərbi Dəniz Qüvvələri İranın hücum iddiaları fonunda “USS Abraham Lincoln” aviadaşıyıcısı ilə bağlı açıqlama verib. Bildirilib ki, martın 25-də Ərəb dənizində uçuş əməliyyatları zamanı gəminin heyət üzvlərindən biri xəsarət alıb. Hadisənin döyüş əməliyyatları ilə əlaqəli olmadığı və hərbçinin həyatına təhlükə yaratmadığı qeyd olunub.
ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı növbəti sərt açıqlama verərək, ölkəsinin alyansdan gələcək dəstəyə ehtiyacı olmadığını bildirib. Tramp xatırladıb ki, daha əvvəl də oxşar mövqe sərgiləyərək, ABŞ-ın hərbi uğurlarına görə NATO ölkələrinin dəstəyinə ehtiyac duymadığını bildirmişdi.
ABŞ və İsrailin İrana qarşı başladığı və qarşılıqlı hücumlarla davam edən regional gərginlik fonunda yayılan məlumata görə, Tehran Vaşinqtonla danışıqlarda yalnız müəyyən şəxslərlə təmas qurmaq niyyətindədir. Mənbələrə görə, Vens digər ABŞ rəsmilərindən fərqli olaraq müharibənin dayandırılması məsələsində “daha müsbət mövqedə” görünür və onun münaqişənin sona çatdırılmasına daha meyilli olduğu düşünülür.
ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı dəstəklədiyini açıqlayıb. Tramp əlavə edib ki, Orbanın fəaliyyəti nəticəsində ABŞ ilə Macarıstan arasında münasibətlər onun prezidentliyi dövründə yeni səviyyəyə yüksəlib.
Pakistanın Baş naziri rəsmi İslamabadın Yaxın Şərqdə davam edən hərbi münaqişəni dayandırmaq və gərginliyi azaltmaq üçün diplomatik vasitəçilik missiyasına hazır olduğunu bəyan edib. Analitiklər qeyd edirlər ki, Pakistan həm Vaşinqton, həm də Tehranla uzunmüddətli strateji və tarixi əlaqələri olan nadir ölkələrdən biridir. İslamabadın bu təşəbbüsü Türkiyə, Qətər və Misir kimi ölkələrin apardığı vasitəçilik səylərinə yeni bir nəfəs verə bilər.