#Donald Tramp

Kreml ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilməsi planlaşdırılan görüşün vaxtını elan edib. Rəsmi açıqlamaya görə, görüş Moskva vaxtı ilə saat 22:30-da başlayacaq. İki liderin görüşü tərcüməçilərin iştirakı ilə təkbətək formatda start götürəcək. Qeyd edək ki, Tramp-Putin görüşü beynəlxalq ictimaiyyətdə böyük maraq doğurur və onun nəticələri xüsusilə Ukrayna münaqişəsi fonunda diqqətlə izlənir.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşünün planlaşdırıldığı Alyaskada buzlaq bəndinin aşması nəticəsində yaranan daşqın təhlükəsi səbəbindən sakinlərin təxliyəsinə çağırış edilib. ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) Alyaskanı paytaxtı Juneau şəhərində yerləşən Mendenhall buzlaqının bəndinin daşıb güclü daşqın riski yaratdığını açıqlayıb. Juneau Empire portalının məlumatına görə, yerli hakimiyyət orqanları şəhər sakinlərinə ərazini tərk etməyi tövsiyə edib.

Böyük Britaniya Baş naziri Keir Starmer, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüşdən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə kritik görüş keçirəcək. Starmer və Zelenski arasında bu gün baş tutacaq görüşdə Ukrayna məsələləri müzakirə ediləcək. Zelenski dünən Almaniyanın ev sahibliyi etdiyi onlayn iclasda da iştirak etmişdi.

Sənədə əsasən nəqliyyat nazirinə kosmik buraxılış və yenidən giriş lisenziyaları üçün ekoloji yoxlamaları sürətləndirmək və ya ləğv etmək tapşırılıb. Məqsəd 2030-cu ilə qədər yeni kosmik fəaliyyətlərin və buraxılış tezliyinin artırılması ilə ABŞ-ın kosmosdakı mövqeyini möhkəmləndirməkdir. Bəyanatda bildirilib ki, köhnəlmiş və məhdudlaşdırıcı qaydalar ləğv olunacaq, kommersiya lisenziyası və icazə prosesləri sadələşdiriləcək. Kosmos limanı layihələrinin qiymətləndirilməsi ticarət nazirinə həvalə ediləcək və bu proses Müdafiə, Nəqliyyat Departamentləri, eləcə də NASA ilə əlaqələndiriləcək.

“Axios” nəşri ABŞ rəsmilərinə istinadən, prezident Donald Trampın 15 avqustda Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşdə razılıq əldə olunmazsa, Rusiya iqtisadiyyatını “məhv etməyə” cəhd göstərə biləcəyini bildirib. Məlumata görə, adı açıqlanmayan rəsmi Trampın Putinə hələ də “qəzəbli” olduğunu və diplomatik səylər uğursuz olarsa, Ukraynaya NATO ölkələri vasitəsilə silah axınını davam etdirəcəyini deyib. Ağ Evdə açıqlama verən Tramp isə görüşdən atəşkəs gözlədiyini, müzakirələrin “çox konstruktiv” keçəcəyinə inandığını bildirib.

“The Telegraph” qəzetinin məlumatına görə, London hökuməti Avropa İttifaqı liderlərinə, xüsusilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas kimi rəsmilərə Ukrayna məsələsində ictimai tələblər irəli sürməməyi tövsiyə edib. Britaniya rəsmiləri hesab edir ki, bu cür çıxışlar ABŞ prezidenti Donald Trampı qəzəbləndirərək Avropanı danışıqlardan kənarda qoya bilər.

2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi bir mərhələ keçildi: Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin dövlət başçısı Donald Tramp iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının (STX) hazırlanması üçün yaradılacaq Strateji İşçi Qrupunun təsis edilməsinə dair Anlaşma Memorandumu imzaladılar.

ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüş keçirəcək. Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə onlayn görüşdə iştirak edəcək. Tramp Zelenski və bəzi Avropa liderlərinin qatılacağı onlayn görüşdə Putinlə keçirəcəyi sammit öncəsi son vəziyyəti müzakirə edəcək. ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin 15 avqust cümə günü Alyaska ştatının Ankoric (Anchorage) şəhərində bir araya gələcəklər.