24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.
#Niderland
Niderland hakimiyyəti yaxın vaxtlarda Fələstin dövlətini rəsmi şəkildə tanımağı planlaşdırmır. Bu fikri Niderland Krallığının xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp parlamentdə Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı keçirilən müzakirələr zamanı səsləndirib. “Hazırda Niderland Fələstini dövlət kimi tanımağı planlaşdırmır” - deyə, o bildirib. Debatlar zamanı bir neçə deputat hökumətə Fələstini tanımaq çağırışı edib. “Denk” Partiyasının nümayəndəsi Stefan van Baarle də daxil olmaqla bir sıra deputatlar İsrailə silah ixracının qadağan edilməsini də tələb ediblər.
İran Xarici İşlər Nazirliyi, ABŞ və müttəfiqlərinin İrana qarşı səsləndirdiyi “xaricdəki müxaliflərə, jurnalistlərə və rəsmi şəxslərə qarşı sui-qəsd və qaçırma siyasəti” ittihamlarını əsassız hesab edərək qəti şəkildə rədd edib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın Şkendiya komandası ilə qarşılaşacaq Qarabağ klubunun oyunlarına təyinat alan hakimlər müəyyənləşib.
Niderlandın Amsterdam şəhərində su kanallarında boğulma hallarının qarşısını almaq məqsədilə heyvanların təhlükəsizliyini təmin edəcək yeni bir layihəyə start verilib.
25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) bərabərlik və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və əraziyə humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.
İngiltərənin aparıcı futbol klubları Mançester Yunayted və Çelsi, hazırda Almaniyanın RB Leypsiq komandasında çıxış edən hollandiyalı yarımmüdafiəçi Xavi Simonsun transferi ilə yaxından maraqlanır.
Bu təyinatla Şahan, Niderland tarixində bu vəzifəyə gətirilən ilk türk əsilli zabit olub.
Bayern Münhen, yay transfer planlarında Florian Virtz və Niko Uilyamsı əldə edə bilmədikdən sonra diqqətini Leipziqin ulduzu Xavi Simonsa yönəldib.
Niderland hökuməti ölkədə siqaretdən istifadənin qarşısını almaq üçün tütün məhsullarına tətbiq edilən vergiləri əhəmiyyətli dərəcədə artırıb.