#Qətər

İran xarici işlər naziri Seyyid Abbas Əraqçi İran prezidenti Məsud Pezeşkianın mesajını Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib. Tərəflər xüsusilə Fələstindəki vəziyyətə diqqət çəkərək, işğal olunmuş ərazilərdə İsrail rejiminin davam edən soyqırımının dayandırılması üçün beynəlxalq ictimaiyyətin və region ölkələrinin qətiyyətli addımlar atmasının zəruriliyini vurğulayıblar.

İsrail mediasının yaydığı məlumatlara görə, Netanyahu Qəzzaya quru hücumlarına başlamazdan əvvəl HƏMAS ilə məhbus mübadiləsi razılaşmasına razılıq verməsi üçün təzyiq altında olduğunu bildirib. Yüksək səviyyəli rəsmilər Netanyahuya xəbərdarlıq edərək, əgər ordu Qəzzaya quru qoşunları ilə daxil olarsa, danışıqlar üçün heç bir imkanın qalmayacağını vurğulayıblar. Mənbələrə görə, Netanyahu əvvəllər təsdiq etdiyi planı indi rədd edir və bu, hətta onun yaxın ətrafında belə “təəccüblü inkişaf” kimi qiymətləndirilir. HƏMAS isə Misir və Qətərin atəşkəs və əsir mübadiləsi təklifini qəbul etsə də, İsrail hələ buna cavab verməyib. HƏMAS müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxarılması və fələstinli məhbusların azad edilməsi müqabilində israilli məhbusları sərbəst buraxmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Dohada keçirilən mətbuat konfransında Ənsari, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə aparılan danışıqlara toxunaraq, “HƏMAS-ın qəbul etdiyi təklif İsrailin əvvəlki təsdiqləri ilə uyğundur. Cavab vermək növbəsi İsraildədir, lakin belə görünür ki, İsrail razılığa gəlmək istəmir,” - deyə bildirib. O, Qətərin müharibəni dayandırmaq üçün bütün səyləri dəstəklədiyini və danışıqların Qahirədə və ya Dohada keçirilməsinin əhəmiyyətsiz olduğunu, əsas məqsədin tez bir zamanda atəşkəsə nail olmaq olduğunu qeyd edib. Ənsari, İsrailin rəsmi cavab verməkdən yayınmasını tənqid edərək, “İsrail nə təklifi qəbul edib, nə rədd edib, nə də alternativ təklif təqdim edib. İsrail ən qısa zamanda rəsmi cavab verməlidir,” - deyə bildirib. O, İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməsinin müsbət nəticə verməyəcəyini vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

İsrail dövlət televiziyası KAN-a müsahibəsində səfir Huckabee bildirib ki, Vaşinqton administrasiyası Avropanı Fələstin dövlətini tanımamaq üçün “fəal şəkildə” yönləndirir. O, Fələstinin tanınmasının Oslo razılaşmalarının pozulması anlamına gələcəyini qeyd edib. Huckabee, Misir və Qətərin yeni atəşkəs təklifinə münasibət bildirərkən, İsrailin qərarlarına müdaxilənin yersiz olduğunu deyib. O, ABŞ prezidenti Donald Trampın “bütün məhbusların geri qaytarılması və HƏMAS-ın hakimiyyətdə qalmaması” barədə mövqeyini xatırladıb. Səfir Qəzzada kütləvi aclıq xəbərlərini təsdiqləmədiyini, lakin insanların aclıq çəkdiyinə əmin olduğunu söyləyib. O, həmçinin humanitar yardımın çatdırılmasında BMT mexanizmini və HƏMAS-ı günahlandırıb.

İsrailin strateji işlər naziri Ron Dermer və Qətər nümayəndə heyəti Parisdə görüşərək HƏMAS-ın yeni atəşkəs təklifini müzakirə ediblər. HƏMAS vasitəçilər olan Misir və Qətərin təqdim etdiyi yeni atəşkəs və məhbus mübadiləsi təklifini qəbul etdiyini açıqlayıb. Təklif 60 günlük müvəqqəti atəşkəsi, Qəzza zolağına humanitar yardımın asanlaşdırılmasını və sərhəd bölgələrində İsrail qüvvələrinin yenidən yerləşdirilməsini əhatə edir. Mətbuat məlumatına görə, atəşkəs dövründə Qəzzada sağ qalan 10 israilli məhbusun azad edilməsi və 18 nəfərin qalıqlarının geri qaytarılması müqabilində bir neçə fələstinli məhbus azad ediləcək.

Təşkilatın açıqlamasında bildirilib ki, İsrailin müdafiə naziri Yisrael Katz tərəfindən təsdiqlənən plan 22 aydan çoxdur davam edən hərbi əməliyyatları dərinləşdirəcək və vasitəçilərin atəşkəs və əsir mübadiləsinə dair təşəbbüslərinə əhəmiyyət verilməyəcək. HƏMAS həmçinin İsrail hökumətini günahsız mülki şəxslərə qarşı amansız müharibəni davam etdirməkdə ittiham edib. Açıqlamada Baş nazir Benyamin Netanyahunun vasitəçilərin atəşkəs təklifinə cavab verməməsi də tənqid olunub. HƏMAS bunun İsrailin əsirlərin qaytarılması məsələsində ciddi olmadığını göstərdiyini bildirib. Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Müdafiə naziri Yisrael Katz və Baş nazir Netanyahu plana əsasən əvvəlcə bir milyonadək fələstinlinin cənuba köçürüləcəyini, şəhərin mühasirəyə alınacağını və daha sonra intensiv hücumlarla işğal ediləcəyini açıqlayıblar.

Qəzzada davam edən müharibə fonunda atəşkəs danışıqları yenidən gündəmə gəlib. Qətər, HƏMAS-ın Ərəb ölkələrinin təqdim etdiyi təklifə “olumlu cavab” verdiyini açıqlayaraq atəşkəsin təcili şəkildə təmin olunmasının vacibliyini vurğulayıb.

HƏMAS-ın sosial media hesabından yayılan bəyanatda təşkilatın və Fələstin fraksiyalarının vasitəçilər Misir və Qətərin təqdim etdiyi yeni atəşkəs planını təsdiqlədiyi bildirilib. HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim də açıqlamasında, “Hərəkat vasitəçilərin yeni təklifini qəbul etdi. Allahdan xalqımıza qarşı müharibənin dayandırılmasını diləyirik”, – deyə qeyd edib.

Yunanıstanın “Kathimerini” nəşri Türkiyənin dörd Avropa Birliyi ölkəsi ilə imzaladığı Eurofighter Typhoon müqaviləsini təhlil edərək yeni iddia irəli sürüb. Qəzetin məlumatına görə, Türkiyənin ümumilikdə 40 ədəd döyüş təyyarəsi alacağı razılaşma çərçivəsində 28-i yeni istehsal ediləcək, qalan 12-si isə hazırda bu təyyarələrdən istifadə edən Körfəz ölkələri – Oman və Qətər tərəfindən təmin olunacaq.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu, türk şirkətləri tərəfindən istehsal edilən hava balonlarının Ruanda, Qana, Misir, Azərbaycan, Qətər, Oman, Tanzaniya, Cənubi Koreya, Yaponiya, Meksika və İordaniyaya 42 ədəd göndərildiyini açıqlayıb. Misir 23 şarla lider ölkə olub. Nazir qeyd edib ki, hava balonları 2019-cu ildən SHGM-də qeydiyyata alınaraq, HÜRKUŞ təlim təyyarəsindən sonra Türkiyədə tip sertifikatı alan ikinci mülki aviasiya vasitəsi olub. İlk ixracat isə 2020-ci ildə Ruandaya həyata keçirilib. Türkiyə istehsalı balonlar Braziliya və Meksika Mülki Aviasiya Qurumları tərəfindən beynəlxalq sertifikatlarla tanınıb.

Qahirədə keçirilən və “gərgin” adlandırılan görüşdən sonra bəzi fələstinli fraksiyalarla HƏMAS arasında mövqelərdə açıq fərqlərin ortaya çıxdığı görülsə də, hərəkatın mövqeyi dəyişərək İsrailin Qəzza şəhərini işğal etməsinin və təxminən 1 milyon fələstinlinin yenidən cənuba köçürülməsinin qarşısını almağa yönəlmiş razılaşmaya daha açıq münasibət nümayiş etdirdi.