ABŞ prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof İsrailin Təl-Əviv şəhərində çıxış edərkən, Qəzzada atəşkəsin əldə olunmasında göstərdiyi səylərə görə Türkiyə, Qətər və Misirə təşəkkür edib.
#Qətər
Fransa Prezidenti Emmanuel Makron Qəzza danışıqları üçün bu gün Misirə səfər edəcək .
ABŞ hərbçiləri bölgədə fəaliiyət göstərəcək, ancaq Qəzzaya daxil olmayacaq. ABŞ rəsmiləri bildiriblər ki, missiyaya Misir, Qətər, Türkiyə qoşulacaq. BƏƏ hərbi nümayəndələrinin də missiyaya qoşulacağı ehtimaal edilir.
Qətərin milli aviaşirkəti Qatar Airways Avropaya səfər planlaşdıran sərnişinlər üçün 12 oktyabr 2025-ci ildən etibarən qüvvəyə minəcək yeni giriş-çıxış qaydaları ilə bağlı rəsmi xəbərdarlıq yayıb. Məlumata görə, dəyişiklik Avropa İttifaqının (Aİ) Şengen zonası ölkələrində tətbiq olunacaq yeni “Giriş/Çıxış Sistemi” (Entry/Exit System – EES) ilə əlaqədardır. Sistem, Şengen zonasına daxil olan ölkələrə səfər edən qeyri-Aİ vətəndaşlarının sərhədlərdə yoxlanış prosedurlarını rəqəmsallaşdıracaq.
Almaniyanın kimya nəhəngi BASF, beynəlxalq investisiya şirkəti Carlyle və Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) arasında BASF-in avtomobil örtükləri və səth müalicəsi biznesinin satışı ilə bağlı bağlayıcı razılaşma imzalanıb. Şirkətlərin birgə bəyanatına əsasən, sazişin ümumi dəyəri 7,7 milyard avro (təxminən 9 milyard ABŞ dolları) təşkil edir. Əməliyyatın 2026-cı ilin ikinci rübündə, tənzimləyici orqanların təsdiqindən sonra tamamlanması gözlənilir.
Ərdoğan vurğulayıb ki, Türkiyə prosesin ilk günündən etibarən bölgədə sülhün təmin olunmasına ən böyük töhfəni verən ölkələrdən biridir. Ərdoğan, ABŞ Prezidenti ilə Nyu-York və Vaşinqtonda keçirilən məhsuldar görüşlərdən, HƏMAS-la aparılan əhatəli danışıqlardan və Qətər, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilən təmaslardan danışıb.
ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “sülh planı”nın birinci mərhələsi üzrə HƏMAS və İsrailin razılığa gəlməsi bölgədə ümid və ehtiyatlı gözləntilərin qarışıq atmosferini yaradıb. İki ildən çox davam edən münaqişənin bitməsinə dair optimizm artsa da, müşahidəçilər ehtiyatla bildirirlər ki, bu, yeni bir “yarımçıq razılaşma” dövrünün başlanğıcı da ola bilər.
HƏMAS sözçüsü Hazem Qasim bildirib ki, İsrail atəşkəs razılaşmasının bəzi mühüm maddələrini, xüsusilə əsir mübadiləsi və Qəzzadan çıxma ilə bağlı maddələri manipulyasiya etməyə çalışır. Qasim açıqlamasında deyib ki, İsrail bu maddələri sui-istifadə etməyə cəhd edir və bu məsələlərin müzakirəsindən yayınır.
HƏMAS hərəkatı yayımladığı bəyanatda Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Təşkilat bildirib ki, razılaşma müharibənin dayandırılması, işğalçı qüvvələrin çəkilməsi, humanitar yardımların girişinə icazə verilməsi və əsir mübadiləsini nəzərdə tutur.
Türkiyənin Hərbi Hava Qüvvələrinin modernləşdirilməsini sürətləndirmək məqsədilə Qətərdən ikinci əl “Eurofighter Typhoon” döyüş təyyarələri almaq üçün danışıqlar apardığı bildirilir.
İsrail hərbi təyyarələri bölgənin səmalarında dolaşır. Raketlər və bombalar ataraq dağıdır, öldürür, sui-qəsdlər törədir və beynəlxalq hüquq normalarını yaranından bəri görünməmiş şəkildə param-parça edir. İsrail qüvvələri son dövrdə müxtəlif formalarda və dərəcələrdə beş ərəb ölkəsini bombaladı. Əvvəlcə, təbii ki, Fələstin, sonra isə Livan, Suriya, Yəmən və Qətər. Əgər buna İranı da əlavə etsək, say Yaxın Şərqdə altıya çatır. Eyni zamanda “Böyük İsrail” haqqında söhbətlər İsrail hökuməti dairələrinin və başqalarının dilində dolaşır.
3 Oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli və Qətərin Mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Türk Mədəniyyəti və İrsi Fondunun pavilyonunu ziyarət ediblər.