Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    ABŞ-də Bosniyada cinayət turizmi iddiaları ilə bağlı araşdırma başladılıb

    14 Noyabr 2025 19:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-də Bosniyada cinayət turizmi iddiaları ilə bağlı araşdırma başladılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    ABŞ-də Bosiya müharibəsi zamanı baş verən “cinayət turizmi” iddiaları ilə bağlı yeni araşdırma başladılıb.

    AzerVoice xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna, X sosial şəbəkəsində yayılan məlumatlar fonunda, Bosniyada mülki şəxslərə - o cümlədən uşaqlara - pul qarşılığında atəş açıldığı iddialarının artıq rəsmi şəkildə araşdırıldığını bildirib.

    Luna açıqlamasında bildirib ki, Bosniya və Herseqovina Konsulluğu və İtaliya səfirliyi ilə əlaqə saxlanılıb, iddialara adı qarışan şəxslərlə bağlı məlumat mübadiləsi aparılır. O, ABŞ vətəndaşlarının belə hadisələrdə iştirak etmiş olması halında, həmin şəxslərin məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.

    “Mülki şəxsləri, xüsusilə uşaqları vurmaq üçün pul ödəmək-ABŞ-nin dözümsüz yanaşdığı bir vəhşilikdir. İtaliya və Bosiya hökumətləri, bu hadisələrdə iştirakı ehtimal olunan amerikalılarla bağlı bütün məlumatları təqdim edəcək.”-deyə o bildirib.

    İtaliyada prokurorluq Sarayevo mühasirəsi zamanı Serb snayperlərinin mövqelərinə yaxınlaşaraq “əyləncə məqsədilə” mülki vətəndaşlara atəş açdıqları iddia olunan bir qrup İtaliya vətəndaşı barədə istintaq aparır.

    1992–1995-ci illər müharibəsi dövründə Sarayevoda Serb snayperlərinin mülki şəxsləri hədəf aldığına dair 2021-ci ildə yayılan yeni görüntülər Bosniya cəmiyyətində geniş rezonans doğurmuşdu. 3,5 il davam edən mühasirə zamanı 1601-i uşaq olmaqla 11 min 541 dinc sakin həlak olmuşdu.

    ABŞ Konqresində başlanmış araşdırmanın nəticələri yaxın həftələrdə açıqlana bilər.

    #İtaliya #ABŞ Konqresi #Bosniya və Hersoqovina #Bosniya müharibəsi #Bosniya soyqırımı #Bosniya müharibəsində müsəlmanların öldürülməsi #Bosniyada cinayət turizmi #cinayət turizmi iddiaları #Anna Paulina Luna #Sarayevo mühasirəsi #Sarayevo qətliamı #Serb şovinistləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    29 Avqust 2026 20:48

    Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

    28 Avqust 2026 19:14

    Tarixdə bu gün – 28 Avqust

    28 Avqust 2026 00:01

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini Konqresə göndərdi

    26 Avqust 2026 10:16

    Tarixdə bu gün – 26 Avqust

    26 Avqust 2026 00:01

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    23 Avqust 2026 22:00

    Əfqanıstan əsilli Aişə Vahab ABŞ Konqresinə seçildi

    21 Avqust 2026 11:21

    Tarixdə bu gün –18 Avqust

    18 Avqust 2026 00:01

    Bu gün ABŞ prezidentinin heykəli yandırıldı

    17 Avqust 2026 03:00

    Meydana çıxmayacaq, amma rəsmən heyətdədir - Ronaldinyodan sürpriz addım

    13 Avqust 2026 10:57

    Tarixdə bu gün – 10 Avqust

    10 Avqust 2026 00:01

    İtaliya XİN başçısı İranı Hörmüz boğazı üzrə dialoqu davam etdirməyə çağırıb

    5 Avqust 2026 19:03
    XƏBƏR LENTİ

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.