#Misir

HƏMAS-ın sosial media hesabından yayılan bəyanatda təşkilatın və Fələstin fraksiyalarının vasitəçilər Misir və Qətərin təqdim etdiyi yeni atəşkəs planını təsdiqlədiyi bildirilib. HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim də açıqlamasında, “Hərəkat vasitəçilərin yeni təklifini qəbul etdi. Allahdan xalqımıza qarşı müharibənin dayandırılmasını diləyirik”, – deyə qeyd edib.

Əbdülati bu fikirləri Misirdə rəsmi səfərdə olan Fələstinin baş naziri Məhəmməd Mustafa ilə Rəfah sərhəd-keçid məntəqəsi qarşısında keçirdiyi ortaq mətbuat konfransında səsləndirib. Nazir qeyd edib ki, Fələstin xalqı blokada və sistemli aclıqla üzləşib, İsrailin planları isə ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Rəfahdan daxil olan yardımların 70 faizi Misir tərəfindən təmin olunur və hazırda 5 min yük maşını giriş icazəsini gözləyir. Əbdülati bildirib ki, Misir Qəzzaya yardım göndərməyə hazırdır, lakin İsrailin yaratdığı maneələr aradan qaldırılmalıdır.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu, türk şirkətləri tərəfindən istehsal edilən hava balonlarının Ruanda, Qana, Misir, Azərbaycan, Qətər, Oman, Tanzaniya, Cənubi Koreya, Yaponiya, Meksika və İordaniyaya 42 ədəd göndərildiyini açıqlayıb. Misir 23 şarla lider ölkə olub. Nazir qeyd edib ki, hava balonları 2019-cu ildən SHGM-də qeydiyyata alınaraq, HÜRKUŞ təlim təyyarəsindən sonra Türkiyədə tip sertifikatı alan ikinci mülki aviasiya vasitəsi olub. İlk ixracat isə 2020-ci ildə Ruandaya həyata keçirilib. Türkiyə istehsalı balonlar Braziliya və Meksika Mülki Aviasiya Qurumları tərəfindən beynəlxalq sertifikatlarla tanınıb.

2025-ci ilin yanvar- iyul aylarında Misirdən Türk limanlarına 5 milyon 750 min 108 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Yunanistandan Türkiyə limanlarına 347 min 371 ton yük daşıyıb. “Bu ilin yanvar- iyul aylarında Misirdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 5 milyon 360 min 101 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Misirdən Türkiyəyə Misir bayrağı ilə üzən gəmilərlə 42 min 636 yük çatdırılıb. 2025-ci ilin yanvar- iyul aylarında Misirdən Türkiyə limanlarına 689 min 919 ton tranzit yük daşınıb.

Qahirədə keçirilən və “gərgin” adlandırılan görüşdən sonra bəzi fələstinli fraksiyalarla HƏMAS arasında mövqelərdə açıq fərqlərin ortaya çıxdığı görülsə də, hərəkatın mövqeyi dəyişərək İsrailin Qəzza şəhərini işğal etməsinin və təxminən 1 milyon fələstinlinin yenidən cənuba köçürülməsinin qarşısını almağa yönəlmiş razılaşmaya daha açıq münasibət nümayiş etdirdi.

2025-ci ilin yanvar-iyul aylarında Misir vətəndaşları Türkiyədə 171 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 21 obyekt azdır. Məlumata görə, bu ilin iyul ayında Misir vətəndaşları Türkiyədə 22 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 11 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyədə 142 min 858 mənzil satın alınıb ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 12,4 faiz çoxdur.

Qətər və Misir Qəzza zolağındakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir, lakin HƏMAS bu səylərin nəticələri barədə məlumat almayıb. Qətər və Misirdəki vasitəçilər səylərini dayandırmayıblar, amma indiyədək bu səylərin nəzərəçarpacaq nəticəsi olmayıb və HƏMAS rəsmi olaraq heç bir nəticə barədə məlumatlandırılmayıb.

Qəzza zolağında aclıq və qida çatışmazlığı nəticəsində ölənlərin sayı artmaqdadır. Son məlumatlara görə, daha 11 nəfərin aclıqdan həyatını itirməsi ilə ümumi ölüm sayı 98-i uşaq olmaqla 212-yə çatıb. Bu ağır humanitar vəziyyət fonunda ABŞ-ın dəstəyi ilə Misir və Qətərdəki vasitəçilər, son günlərdə yaranmış durğunluqdan sonra İsrail və HƏMAS-ı danışıqlar masasına qaytarmağa çalışırlar.