Türkiyə 2025-cü ilin iyul ayında Misirə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azalaraq, 11 milyon 815 min 44 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Misirə mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq, 77 milyon 391 min 94 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 4 milyard 508 milyon 570 min dollara bərabər olub.
#Misir
2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Misir kapitalı ilə 35 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 48 milyon 920 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 102 milyon 760 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (34) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 28 milyon 920 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Qəzza zolağında vəziyyətin gərginləşməsindən bəri Misir zaman-zaman müxtəlif hərbi siqnallar göndərir. Bu addımlarla ölkə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzü dəf etməyə qadir olduğunu nümayiş etdirir. Misirli hərbi rəsmilər İsrailin adını açıq çəkməsələr də, bu mesajların hamısı dolayı yolla İsrailə ünvanlandığı kimi şərh edilir. Ən diqqətçəkən addımlar arasında Şimali Sinay bölgəsinə ağır texnikanın gətirilməsi və Rafah sərhəd-keçid məntəqəsi yaxınlığında əsgərlərin sayının artırılması var.
Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci Fövqəladə Toplantısında iştirak etdiyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində Misirin xarici işlər naziri Bədr Abdulati ilə görüşüb.
Tərəflər regional prosesləri, xüsusilə Fələstindəki vəziyyəti diqqət mərkəzinə alıblar. Prezident Sisi Misirin Qəzzada atəşkəsin təmin olunması istiqamətində göstərdiyi vasitəçilik səyləri barədə məlumat verib. O, həmçinin Fələstin məsələsində Səudiyyə təşəbbüslərinə, o cümlədən BMT-də Riyad və Parisin birgə rəhbərliyi ilə keçirilən “iki dövlətli həll” konfransının nəticələrinə dəstək verdiyini vurğulayıb.
Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?
İsrail dövlət televiziyası KAN-a müsahibəsində səfir Huckabee bildirib ki, Vaşinqton administrasiyası Avropanı Fələstin dövlətini tanımamaq üçün “fəal şəkildə” yönləndirir. O, Fələstinin tanınmasının Oslo razılaşmalarının pozulması anlamına gələcəyini qeyd edib. Huckabee, Misir və Qətərin yeni atəşkəs təklifinə münasibət bildirərkən, İsrailin qərarlarına müdaxilənin yersiz olduğunu deyib. O, ABŞ prezidenti Donald Trampın “bütün məhbusların geri qaytarılması və HƏMAS-ın hakimiyyətdə qalmaması” barədə mövqeyini xatırladıb. Səfir Qəzzada kütləvi aclıq xəbərlərini təsdiqləmədiyini, lakin insanların aclıq çəkdiyinə əmin olduğunu söyləyib. O, həmçinin humanitar yardımın çatdırılmasında BMT mexanizmini və HƏMAS-ı günahlandırıb.
Təşkilatın açıqlamasında bildirilib ki, İsrailin müdafiə naziri Yisrael Katz tərəfindən təsdiqlənən plan 22 aydan çoxdur davam edən hərbi əməliyyatları dərinləşdirəcək və vasitəçilərin atəşkəs və əsir mübadiləsinə dair təşəbbüslərinə əhəmiyyət verilməyəcək. HƏMAS həmçinin İsrail hökumətini günahsız mülki şəxslərə qarşı amansız müharibəni davam etdirməkdə ittiham edib. Açıqlamada Baş nazir Benyamin Netanyahunun vasitəçilərin atəşkəs təklifinə cavab verməməsi də tənqid olunub. HƏMAS bunun İsrailin əsirlərin qaytarılması məsələsində ciddi olmadığını göstərdiyini bildirib. Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Müdafiə naziri Yisrael Katz və Baş nazir Netanyahu plana əsasən əvvəlcə bir milyonadək fələstinlinin cənuba köçürüləcəyini, şəhərin mühasirəyə alınacağını və daha sonra intensiv hücumlarla işğal ediləcəyini açıqlayıblar.
Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.
Türkiyə 2025-cü ilin iyul ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq, 45 milyon 765 min 62 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Misirə tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq, 323 milyon 363 min 19 dollara bərabər olub.
Qəzzadakı atəşkəslə bağlı Qahirədə keçirilən son danışıqlar zamanı əhəmiyyətli irəliləyiş əldə olunub. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ati rusiyalı həmkarı Sergey Lavrovla söhbəti zamanı məlumat verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Misirin xarici işlər naziri Bədr Abdulati arasında telefon danışığı baş tutub. Danışıqlarda Qəzzada davam edən atəşkəs prosesi və bölgədə humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində səylər müzakirə olunub. Qeyd edək ki, tərəflər son aylarda bölgədə artan gərginliyin azaldılması və humanitar yardımın çatdırılması üçün diplomatik təmaslarını intensivləşdiriblər.