İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib. Görüşdə AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. AzMİU nəzdində yaradılan “Süni İntellekt Mərkəzi”nin tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində rolu qeyd edilib.
#Süni intellekt
Əmək bazarındakı dəyişikliklər fonunda peşə və ixtisasların tərkibi bazarın real tələblərinə uyğun şəkildə yenilənəcək. Иunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmək bazarı dinamik mühitdir və tələblərə uyğun olaraq yeni peşə və ixtisasların sayı artırıla bilər.
Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.
Qahirədə keçirilən beynəlxalq konfransda çıxış edən Ramin Məmmədov İslamda peşə etikası və süni intellekt dövründə mənəvi dəyərlərin rolundan danışıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-Sosial portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsaslı “iDost” rəqəmsal köməkçi xidməti istifadəyə verilib. Platformanın əsas səhifəsində yerləşən “iDost” bölməsi vasitəsilə vətəndaşlar saytın menyusunda axtarış aparmadan, sadəcə istəklərini yazmaqla müvafiq elektron xidmətlərə birbaşa keçid edə və ya həmin xidmətlər barədə ətraflı məlumatlana bilirlər.
Süni intellekt alətləri bu il səhiyyə xidmətlərində ciddi irəliləyiş yaradaraq fərdiləşdirilmiş müalicə, erkən diaqnoz və yeni dərmanların hazırlanması kimi sahələrdə böyük potensial nümayiş etdirir. Finlandiya Süni İntellektdən səhiyyə işçilərinin hazırlanmasında istifadə edərkən, Estoniya tibbi məlumatların təhlilində, İspaniya isə xəstəliklərin aşkarlanmasında bu texnologiyanı tətbiq edir.
Qazaxıstan dövlət qurumlarının süni intellektdən (AI) istifadəyə hazırlığı üzrə Mərkəzi Asiyada lider mövqeyə yüksəlib və Oxford Insights tərəfindən açıqlanan Government AI Readiness Index 2025 reytinqində 195 ölkə arasında 60-cı yerə yüksəlib. Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin dekabrın 24-də yaydığı məlumata görə, ölkə ötən illə müqayisədə 16 pillə irəliləyərək ən sürətli inkişaf göstərən dövlətlərdən biri olub. 2024-cü ildə Qazaxıstan bu reytinqdə 76-cı pillədə qərarlaşmışdı.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələr dəyərləndirilib.
19 dekabr 2025-ci ildə Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk onlayn iclası keçirilib.
Avropanın ən böyük avtomobil istehsalçısı olan Volkswagen, Almaniyanın Drezden şəhərində yerləşən zavodunda avtomobil istehsalını rəsmi olaraq dayandırıb. Çərşənbə axşamı etibarilə istehsal xətlərinin bağlanması ilə şirkət 88 illik tarixində ilk dəfə Almaniya ərazisində yerləşən bir müəssisəsində istehsalı tamamilə dayandırmış oldu.
Müasir müharibələr sürətlə dəyişən texnoloji mühitin təsiri altında yeni mərhələyə daxil olur. Artıq hərbi üstünlüyü müəyyən edən əsas amil konvensional qüvvələr deyil, yüksək texnologiyaların tətbiqi və məlumat üstünlüyüdür. Analitiklər bildirirlər ki, döyüş meydanının gələcəyini formalaşdıracaq aparıcı sistemlər süni intellekt, hipersəs sürətli platformalar və elektron mübarizə vasitələridir.
Süni intellekt bəzi sahələrdə dəyişikliklərə səbəb olacaq və bu dəyişikliklər qaçılmazdır. Biz bu dəyişiklikləri həyatın bir parçası kimi qəbul etməliyik.