#ABŞ Konqresi

2020-ci ildə başa çatan müharibə və 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam təmin etməsi Cənubi Qafqazda tamamilə yeni siyasi-hüquqi reallıq formalaşdırdı. Bu reallıq regionda uzunmüddətli sülh, əməkdaşlıq və inteqrasiya üçün unikal imkanlar yaratsa da, paralel olaraq müəyyən dairələrin bu prosesi qəbul etmədiyi də aydın görünür. Xüsusilə xaricdə fəaliyyət göstərən erməni diasporu və onunla bağlı siyasi-lobbi strukturları yeni mərhələyə uyğunlaşmaq əvəzinə, keçmiş münaqişə dövrünün ritorikasını yaşatmaq xəttini seçiblər.

ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir və bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Luna bu addımın ABŞ-ın regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını qeyd edib.

ABŞ administrasiyası, bu il tətbiq edilən səyahət qadağaları və məhdudiyyətlər çərçivəsində 19 ölkənin vətəndaşlarının immiqrasiya müraciətlərini müvəqqəti dayandırıb. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) verdiyi təlimatda, geniş araşdırma aparılana qədər bütün I-589 (sığınacaq) müraciətlərinin dondurulmasını bildirib.

ABŞ-də Bosniya müharibəsi zamanı baş verən “cinayət turizmi” iddiaları ilə bağlı yeni araşdırma başladılıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna, X sosial şəbəkəsində yayılan məlumatlar fonunda, Bosniyada mülki şəxslərə - o cümlədən uşaqlara - pul qarşılığında atəş açıldığı iddialarının artıq rəsmi şəkildə araşdırıldığını bildirib.

Türkiyənin ticarət naziri Ömər Bolat ABŞ ilə iqtisadi münasibətlərdə yeni mərhələnin başlandığını bildirib. O, Amerikanın aparıcı şirkətlərinin Türkiyədəki sərmayələrini artırmaq istədiyini və tərəfdaşlığa müsbət yanaşdıqlarını qeyd edib. Nazir, İstanbulda keçirilən "İstanbul Mebel Dizayn Sərgisi" (Furnishings & Design İstanbul) çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. ABŞ-a səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə BMT-nin 80-ci Baş Assambleyasında iştirak etdiklərini xatırladan Bolat, orada 8-dən çox biznes görüşü keçirdiklərini deyib.

ABŞ senatorları Jeanne Shaheen, Joni Ernst və Nümayəndələr Palatasının üzvü Joe Wilson İsrailin Suriyadakı son hərbi əməliyyatlarını pisləyən birgə bəyanat dərc edib. Bəyanatda qeyd olunub ki, Suriya 14 ildən çox davam edən münaqişələrdən sonra sabitliyə və irəliləyişə ehtiyac duyur, lakin İsrailin hücumları bu məqsədə çatmağı çətinləşdirir. Konqresmenlər, xüsusilə avqustun 27-də Dəməşq çölündəki Qusvah bölgəsində 6 Suriya əsgərinin həlak olması ilə nəticələnən pilotsuz təyyarə zərbələrini və Mani dağına endirilən hava hücumlarını tənqid ediblər.