Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində yeni dövr açır - Rufiz Hafizoğlu

    11 Dekabr 2025 16:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində yeni dövr açır - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir və bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Luna bu addımın ABŞ-ın regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını qeyd edib.

    AzerVoice xəbər verir ki, bu barədə politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib.

    Onun sözlərinə görə, hazırkı məhdudiyyətlər mövcud reallıqlara uyğun deyil və tərəfdaşlıq əlaqələrinə əngəl törədir. Konqressmen həmçinin vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyi, regional stabillik və antiterror sahəsində ABŞ üçün strateji tərəfdaş olması nəzərə alınaraq, 907-ci düzəlişin saxlanması məqsədəuyğun deyil. O, əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək.

    Mövzu ilə bağlı politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib. Bildirib ki, 907-ci düzəliş Azərbaycana qarşı olmaqla yanaşı, eyni zamanda çox ədalətsiz və Azərbaycanın hüquqlarını tapdalayan, onu ayaqlar altına atan bir düzəliş idi: ‘’Və nəzərə alınsa ki, bu müddət ərzində Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalmışdı, belə bir düzəliş dolayısıyla işğala qarşı mübarizəni və haqlı mübarizəni qismən də olsa məhdudlaşdıran bir akt idi. Mövzuya keçmədən öncə onu da qeyd edim ki, prezident İlham Əliyevin Vaşinqtonda keçirdiyi ən önəmli görüşlərdən biri də məhz 907-ci düzəlişin ləğvi məsələsi idi, ən azından bu istiqamətdə atılan addımlar idi. Amma təəssüf ki, bu məsələ Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin, bəndlərin imzalanması və paraflanması məsələsi fonunda kölgədə qaldı. Bir o qədər bu məsələnin üzərində dayanılmadı. Ümumilikdə isə bu məsələ ən azı sülh gündəliyi qədər önəmli idi, lakin təəssüf ki, ölkə mediasında kifayət qədər qabardılmadı. Bəs bu, Azərbaycana nə verəcək? Təbii ki, nəticələri tam olaraq gözlənilir. Onun ləğvi, yəni tam olaraq ortadan qaldırılması ilk növbədə Azərbaycana qarşı tətbiq olunan silah embarqosunun götürülməsi deməkdir’’.

    Politoloq qeyd edib ki, Azərbaycanın bu gün silah aldığı bəlli ölkələr var - Türkiyə, İsrail və öz istehsalımızın artması da müsbət haldır: ‘’Amma digər tərəfdən, embarqonun aradan qalxması Azərbaycanı silah alma məhdudiyyətindən azad etmiş olacaq. Bu isə hər bir dövlət kimi Azərbaycanın da ən müasir silahlarla təchiz olunmaq haqqıdır. Çünki sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Yanlış anlaşılmasın, bu o demək deyil ki, Azərbaycan müharibəyə hazırlaşır, amma ölkənin öz təhlükəsizliyini təmin etmək üçün müasir silahlanma haqqı var. Ərəb dövlətləri qədər, ABŞ-ın digər müttəfiqləri qədər Azərbaycan da bu müttəfiqlikdən payını almalıdır. Bu bir həqiqətdir. Bu baxımdan atılan addım olduqca müsbət qarşılanmalıdır və qarşılanır. Təbii ki, nəticələri gözləmək lazımdır. Real nəticənin bir neçə həftə və ya ilin sonuna qədər əldə olunması çətin görünür. Çünki bütün bunlarla yanaşı, Birləşmiş Ştatlarda Azərbaycan əleyhinə fəaliyyət göstərən lobbilər və beynəlxalq maliyyə institutları hələ də erməni lobbisinin təsiri altındadır. Bu baxımdan, yolumuza davam etməliyik və nəticələri görəcəyik’’.

    #Rufiz Hafizoğlu #ABŞ Konqresi #strateji tərəfdaşlıq #Anna Paulina Luna #Azərbaycan–ABŞ münasibətləri #Ermənistan–Azərbaycan sülh prosesi #907-ci düzəliş #Silah embarqosu #Hərbi yardım məhdudiyyəti #Regionda təhlükəsizlik #ABŞ-ın Cənubi Qafqaz siyasəti #ABŞ-da erməni lobbisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Tarixdə bu gün – 28 Avqust

    28 Avqust 2026 00:01

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini Konqresə göndərdi

    26 Avqust 2026 10:16

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:56

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:13

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    23 Avqust 2026 22:00

    Əfqanıstan əsilli Aişə Vahab ABŞ Konqresinə seçildi

    21 Avqust 2026 11:21

    Bu gün ABŞ prezidentinin heykəli yandırıldı

    17 Avqust 2026 03:00

    HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

    15 Avqust 2026 10:06

    Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

    13 Avqust 2026 16:52

    İslam dünyasının modern məsələlərə, modern yanaşmaya ehtiyacı var - Rufiz Hafizoğlu

    11 Avqust 2026 14:24

    Tarixdə bu gün – 10 Avqust

    10 Avqust 2026 00:01
    XƏBƏR LENTİ

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.