Türkiyədə 2025-ci ilin sonuna olan rəsmi göstəricilərə əsasən, ölkə əhalisinin 24,8 faizini uşaqlar təşkil edib. Ümumilikdə 86 milyon 92 min 168 nəfər əhalinin 21 milyon 375 min 930 nəfəri 0–17 yaş qrupuna daxildir.
#demoqrafik göstəricilər
Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54582 ölüm halı qeydə alınıb. Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.01.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 26014 nəfər keçmiş məcburi köçkün geri qayıtmış, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73514 nəfər təşkil etmişdir. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir
İsraildə yayımlanan rəsmi məlumatlar ölkədə əhalinin artım tempinin tarixdə ilk dəfə ciddi şəkildə zəiflədiyini göstərir. Bildirilir ki, mənfi miqrasiya balansı və doğum göstəricilərinin azalması fonunda demoqrafik mənzərə 1948-ci ildən bəri görünməmiş səviyyəyə enib. İsrail Yayım Korporasiyasının məlumatına görə, siyasət araşdırmaları üzrə “Taub Siyasət Araşdırmaları Mərkəz”nin hazırladığı “Dövlətin vəziyyəti – 2025” adlı hesabatda 2025-ci ildə İsraildə əhali artımının cəmi 0,9 faiz təşkil etdiyi qeyd olunub.
Türkiyənin əhalisi 1 oktyabr tarixinə olan məlumata görə 85 milyon 980 min 654 nəfər olub. Türkiyə Statistika Qurumunun (TÜİK) açıqlamasına görə, ölkənin əhalisi illik və üç aylıq dövrlər üzrə izlənilir. 2024-cü ilin sonunda əhali 85 milyon 664 min 944 nəfər olub və ilin ilk 9 ayında 315 min 710 nəfərlik artım qeydə alınıb. 1 iyul-1 oktyabr dövründə isə əhali 155 min 800 nəfər artaraq ümumi sayını 85 milyon 980 min 654 nəfərə çatdırıb.