Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyədə uşaqlar ümumi əhalinin neçə faizini təşkil edir? - Şok detallar

    26 Aprel 2026 13:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə uşaqlar ümumi əhalinin neçə faizini təşkil edir? - Şok detallar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Türkiyədə 2025-ci ilin sonuna olan rəsmi göstəricilərə əsasən, ölkə əhalisinin 24,8 faizini uşaqlar təşkil edib.

    VOA xəbər verir ki, ümumilikdə 86 milyon 92 min 168 nəfər əhalinin 21 milyon 375 min 930 nəfəri 0–17 yaş qrupuna daxildir.

    Məlumata görə, uşaq əhalinin 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edir. Statistik müqayisələr göstərir ki, 1970-ci ildə uşaq əhalisinin payı 48,5 faiz olduğu halda, bu göstərici 2025-ci ildə 24,8 faizə düşüb.

    Proqnozlara əsasən, Türkiyədə uşaq əhalinin payının gələcək onilliklərdə də azalması gözlənilir. Əsas ssenariyə görə bu göstərici 2030-cu ildə 22,1 faiz, 2040-cı ildə 17,9 faiz, 2100-cü ildə isə 14,5 faiz səviyyəsinə enə bilər.

    Statistikalar göstərir ki, 2025-ci ildə Türkiyədə 0–17 yaşlı uşaqlar arasında ən böyük qrup 10–14 yaş aralığı olub və ümumi uşaq əhalisinin 30,5 faizini təşkil edib.

    2025-ci ildə Türkiyədə 26 milyon 977 min 795 ailə qeydə alınıb. Bunların 41,9 faizində ən azı bir uşaq yaşayır. Şanlıurfa bu göstəricidə 68,2 faizlə birinci yerdədir.

    Rəsmi məlumatlara görə, 2024 - 2025 tədris ilində 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 82,5 faiz olub. İbtidai təhsili tamamlama göstəricisi 98,6 faiz, orta təhsildə isə 81,3 faiz təşkil edib.

    Eyni zamanda, xüsusi təhsil alan uşaqların ümumi təhsil alanlar içində payı 3,4 faiz olaraq qeydə alınıb.

    Uşaqlar arasında yoxsulluq və sosial təcrid risqi 36,8 faiz səviyyəsindədir ki, bu da ümumi əhalidən (27,9 faiz) daha yüksəkdir.

    2024-cü ildə Türkiyədə 937 min 559 körpə doğulub. Körpə ölüm səviyyəsi isə 2009-cu ildəki 13,9 promildən 2024-cü ildə 9,0 promilə enib.

    2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Alparslan, qızlara isə Alya adı verilib.

    2025-ci ildə 251 min 929 uşağın atası vəfat edib, 79 min 214 uşağın anası, 4 min 907 uşağın isə hər iki valideyni dünyasını dəyişib.

    #Türkiyə uşaq əhalisi statistikası #demoqrafik göstəricilər #doğum və ölüm statistikası #təhsil səviyyəsi Türkiyə #sosial risk göstəriciləri #ailə strukturu #uşaq yoxsulluğu #Türkiyədə 2025 uşaq əhalisinin payı nə qədərdir #Türkiyə demoqrafik dəyişikliklər 1950–2100 proqnozu #uşaqlar arasında yoxsulluq səviyyəsi Türkiyə 2025 #Türkiyədə məktəbəqədər təhsil göstəriciləri 2025 #körpə ölüm səviyyəsi Türkiyə statistikası #Şanlıurfada uşaq əhalisi niyə yüksəkdir #Türkiyədə ailə strukturu və uşaq sayı statistikası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Oman banklarında kreditlər depozitləri üstələyib

    30 Avqust 2026 18:33

    Qətər və Braziliya biznesi strateji tərəfdaşlığa hazırlaşır

    29 Avqust 2026 13:24

    Ər-Riyadda 5.1 milyard riyallıq dövriyyə - Şəhərlər üzrə POS əməliyyatlarının statistikası

    28 Avqust 2026 16:06

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Türkiyə əhalisinin sayı 86 milyonu keçib: 2025-ci ilin rəsmi nəticələri

    9 Fevral 2026 11:59

    Azərbaycanda ölümlərin sayı artıb

    19 Yanvar 2026 14:35

    2025-ci ilin sonunda ölkə əhalisinin sayı 10,26 milyon nəfəri ötüb

    19 Yanvar 2026 14:22

    İsraildə artım tempində kəskin geriləmə müşahidə olunur

    4 Yanvar 2026 19:55

    Türkiyənin əhalisi 86 milyona yaxınlaşıb

    24 Noyabr 2025 11:59

    Türkiyənin əhalisi 85 milyon 824 min nəfərə çatdı

    13 Avqust 2025 12:00

    Türkiyə Dünya Üzrə Əhalisinə Görə 18-ci Yerdədir

    9 İyul 2025 16:09

    Türkiyə uşaq sayı ilə Avropanı qabaqlayıb

    18 Aprel 2025 13:40
    XƏBƏR LENTİ

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.