Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirləri İsrailin İordan çayının qərb sahilindəki son addımları ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda İsrailin Fələstin rəhbərliyinin nəzarətindəki bölgələrdə "təftiş və nəzarət fəaliyyətlərini" artıran bir sıra qərarları təsdiqləməsi ən kəskin şəkildə pislənilib.
#Pakistan
Ceyhun Bayramov ilə Məhəmməd İshaq Dar arasında telefon danışığı olub
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi cümə günü Pakistanın paytaxtı İslamabadda bir məscidi hədəf alan, çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror partlayışını kəskin şəkildə pislədiyini bildirib. Nazirlik Krallığın ibadət yerlərinə edilən hücumları, günahsız mülki şəxslərin qorxudulmasını və günahsız qanının tökülməsini qətiyyətlə rədd etdiyini bir daha təsdiqləyib. Eyni zamanda, Səudiyyə Ərəbistanının zorakılığın, ekstremizmin və terrorizmin bütün formalarına qarşı Pakistanla həmrəy olduğu vurğulanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məsciddə baş verən terror aktı ilə əlaqədar başsağlığı verib. Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. “İslamabadda məsciddə törədilən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan faciəvi terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.
Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir. Bu barədə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində videomüraciətində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib.
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərlə Herat vilayətində görüş keçirib. Görüşdə Əfqanıstanın mədən və neft naziri Molla Hidayətullah Bədri, energetika və su ehtiyatları naziri Hacı Molla Məhəmməd Yunus Axundzadə, eləcə də hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 3-4 fevral tarixlərində Pakistana rəsmi səfər edəcək. Məlumata görə, səfər çərçivəsində Prezident Tokayev Pakistanın Baş naziri Şahbaz Şərif və ölkə Prezidenti Asif Ali Zərdari ilə yüksək səviyyəli danışıqlar aparacaq. Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, eləcə də mədəni və humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Pakistan təhlükəsizlik qüvvələri bazar günü bəyan edib ki, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətinin müxtəlif bölgələrində iki gündən az müddət ərzində 145 yaraqlını məhv ediblər. Bu hadisə Pakistanın regionda ən təhlükəli zorakılıq dalğalarından biri ilə üzləşdiyi bir vaxta təsadüf edir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verdi
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistan Hökumətinin üzvlərinin də iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı Baş nazir Pakistandakı ilk ASAN Xidmət mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirdi.
14 yanvarda Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi bəyan edib ki, İslamabad İranın daxili işlərinə hər hansı xarici müdaxiləni qəti şəkildə rədd edir və bu məsələdə prinsipial mövqe nümayiş etdirir. Andrabi bildirib ki, Pakistan diplomatik dialoqun davam etdirilməsini və İranın nüvə sazişinin bərpasını dəstəkləyir.