Pakistan Ordusu Əfqanıstanın “terrorçular və qeyri-dövlət aktorlarının mərkəzinə çevrildiyi” xəbərdarlığını verib. Hərbi sözçü leytenant general Əhməd Şərif Çaudhri Taliban hökumətini əl-Qaidə, İŞİD və Pakistan Talibani qruplarını himayə etməkdə ittiham edib. Çaudhri bildirib ki, Suriyadan təxminən 2 min 500 xarici döyüşçü son dövrlərdə Əfqanıstana daxil olub və onların ölkəyə dəvət edildiyi iddia olunur. “Bu terrorçular həm Pakistan, həm də Əfqanıstan vətəndaşı deyil, digər millətlərə mənsubdur. Beynəlxalq militant qrupların yenidən ortaya çıxması qonşu ölkələr üçün də təhlükə yarada bilər,” deyə o əlavə edib.
#Pakistan
Pakistan Venesueladakı vəziyyətdən narahatdır, təmkinli olmağa və fikir ayrılıqlarını beynəlxalq hüquqa əsaslanaraq həll etməyə çağırır. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
İranın Pakistanla sərhədində ölkə ərazisinə daxil olmağa çalışan silahlı qrupla sərhəd mühafizəçiləri arasında toqquşma baş verib. Sistan və Bəluçistan Sərhəd Mühafizəçiləri Komandanı Rza Şəcai hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, Sistan və Bəluçistan əyalətinin Səravan şəhəri yaxınlığında İran–Pakistan sərhəd xəttində sərhədçilərlə “İran ərazisinə girməyə cəhd edən terrorçular” arasında silahlı qarşıdurma yaşanıb. Şəcai toqquşma zamanı silahlı qrupun ağır itkilər verdiyini, qaçan şəxslərin isə hadisə yerində çoxlu sayda silah və sursat qoyub getdiyini qeyd edib.
Pakistanın Karaçi şəhərində Yeni il qeyd etmələri zamanı havaya açılan atəş nəticəsində 25 nəfər yaralanıb. Pakistan mətbuatında yer alan xəbərlərə görə, Karaçidə Yeni il şənlikləri zamanı havaya atəş açılması yaralanmalara səbəb olub. Korangii, Golimar, Five Star və New Sabzi Mandi bölgələrində havaya açılan atəşlər nəticəsində ümumilikdə 25 nəfər xəsarət alıb. Yaralananlardan 6-nın qadın, 2-nin isə uşaq olduğu bildirilib.
Pakistanın Hayber Pahtunxva və Belucistan əyalətlərində təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı keçirdiyi əməliyyatlar nəticəsində 12 silahlı təsirsiz hala gətirilib. Təhlükəsizlik qüvvələri istintaq nəticəsində Hayber Pahtunxva əyalətinin Karak bölgəsi və Belucistan əyalətinin Kalat bölgəsində iki ayrı əməliyyat həyata keçirib. Karakda 8, Kalatda isə 4 silahlı təsirsiz hala gətirilib. Əməliyyat zamanı çox sayda silah və mühimmat ələ keçirilib.
Benazir Bhutto (21 iyun 1953 – 27 dekabr 2007) Pakistanlı siyasətçi və dövlət xadimi idi. O, 1988-1990 və 1993-1996-cı illərdə Pakistanın baş naziri olmuşdur. Bhutto, eyni zamanda müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə demokratik yolla seçilən ilk qadın rəhbər idi. Liberal və dünyəvi baxışlara malik olan Bhutto, 1980-ci illərin əvvəllərindən ölümünə qədər Pakistan Xalq Partiyasına (PPP) rəhbərlik etmişdir.
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində polis əməkdaşlarına qarşı törədilən terror hücumu nəticəsində beş nəfər həlak olub. Məlumata görə, Kurram rayonunda neft obyektlərini mühafizə edən polis əməkdaşlarını daşıyan avtomobil naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində beş polis əməkdaşı hadisə yerində həyatını itirib.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Tərəflər ticarət, kommunikasiya və əlaqələrin daha da gücləndirilməsi istiqamətində öhdəliklərini bir daha təsdiqləyiblər və regional sülhün, sabitliyin və inkişafın təmin olunması üçün sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
Pakistanın sabiq Baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi korrupsiya işi ilə bağlı 17 il müddətinə azadlıqdan məhrum ediliblər. “Toşaxana” işi 2021-ci ildə Səudiyyə Ərəbistanı hökuməti tərəfindən sabiq Baş nazir və həyat yoldaşına təqdim edilmiş bahalı hədiyyələr ilə bağlı qanunsuz əməliyyatlara aiddir.
İran gələn həftə Pakistan ilə Əfqanıstanın Taliban hökuməti arasında növbəti vasitəçilik görüşünə ev sahibliyi etməyə hazırlaşır. Tehrandakı görüşü fərqləndirən əsas məqam regional güclər Çin və Rusiyanın iştirakının gözlənilməsidir. Bu, Pakistan–Əfqanıstan xəttində artan gərginliyin daha geniş regional stabilliyə təhdid kimi qiymətləndirildiyini göstərir.
5-11 dekabr tarixlərində paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində onlarla ölkədən və beynəlxalq təşkilatdan rəsmi şəxslər də iştirak edir. Pakistanlı həmkarını səmimi salamlayan Adil Kərimli qardaş ölkənin beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə təşəkkürünü bildirib. Azərbaycan və Pakistan xalqlarını möhkəm dostluq və qardaşlıq tellərinin birləşdirdiyini deyən nazir iki ölkə liderlərinin səmimi münasibətlərinin əlaqələrin yüksək səviyyəsini şərtləndirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Pakistan daim Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyib və iki ölkə arasında münasibətlər ildən-ilə daha da möhkəmlənir.
Əfqanıstan rəsmiləri Spin Boldak rayonunda Pakistan qüvvələri ilə baş verən ağır atışma nəticəsində 4 mülki şəxsin öldüyünü açıqlayıb. Əfqanıstan Taliblərinin sözçüsü Zəbihullah Mücahid sosial şəbəkədə bildirib ki, Pakistan qüvvələri Spin Boldak istiqamətində hücuma keçib və buna cavab olaraq əfqan qüvvələri atəş açıb.