Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan QHT-ləri Britaniyada Qarabağla bağlı sorğuya etiraz etdi

    24 Fevral 2026 11:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan QHT-ləri Britaniyada Qarabağla bağlı sorğuya etiraz etdi
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,VOA

    Azərbaycandan bir qrup QHT rəhbəri Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulda açıq məktubla müraciət edib.

    VOA müraciəti təqdim edir:

    “Hörmətli Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyle, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumlean, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Visco və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld!

    Biz – Azərbaycanın insan hüquq və azadlıqları, mədəni irs üzrə ixtisaslaşmış bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, sizlərə Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin və Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq hörmətsizliyi, yoxlanılmamış və təsdiqlənməmiş, saxta məlumatlar əsasında ölkəmizə qarşı siyasi kampaniyaya başlamaları səbəbindən müraciət edirik.

    Onlar “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi” barədə sorğu elan edib.

    Əvvəla qeyd olunmalıdır ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və bu, Böyük Britaniya da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır. Bu səbəbdən sorğuda “Dağlıq Qarabağ” termini hüquqi və tarixi baxımdan yanlışdır və ondan istifadə edilməsi qəbuledilməzdir. Bu, Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş çirkin siyasi kampaniyadır. Bu cür yanaşma sorğunun obyektivlik və hüquqi etibarlılıq meyarlarına cavab verməyəcəyini indidən nümayiş etdirir.

    Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, hər iki dövlət sülh prosesində böyük tərəqqi əldə edib. Sülh sazişinin mətni artıq hazırdır və ötən il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşü zamanı paraflanıb. Aydındır ki, imzalanacaq sülh sazişi iki dövlət arasında gündəlikdə olan məsələləri əhatə edir. İndiki şəraitdə belə bir sorğunun regiondan kənar aktorlar tərəfindən aparılması onun əsas niyyət və məqsədi haqqında böyük suallar doğurur. Bu təşəbbüsün məqsədi iki ölkə arasında normallaşma prosesini pozmaq və inamı sarsıtmaq, revanşizmi alovlandıraraq separatçı meyilləri canlandırmağa hesablanıb. Bu isə Azərbaycan və Ermənistan arasında normallaşma prosesini ilk gündən dəstəkləyən, hər iki ölkə ilə artıq strateji tərəfdaşlıq quran Britaniya hökumətinin marağında olmamalıdır. O zaman Britaniya parlamentarilərinin qoşulduğu bu təşəbbüs kimlərin maraqlarına xidmət edir?

    Sorğunun suallarının məzmunu və forması isə onun obyektiv araşdırma məqsədi daşımadığını açıq şəkildə ortaya qoyur. Suallar faktların neytral şəkildə müəyyən edilməsinə xidmət etmək əvəzinə, sanki artıq “pozuntu”nun “baş verdiyi” fərziyyəsini irəli sürür. Suallarla tanış olan hər kəs aydın şəkildə görə bilər ki, bu sorğu beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa yönəlmiş, qərəzli və müəyyən maraq qruplarının siyasi sifarişi əsasında hazırlanmış ssenaridir.

    Panelin tərkibi və orada təmsil olunan şəxslərin keçmişdəki ziddiyyətli və qərəzli fəaliyyətləri isə onların bu prosesdəki neytrallığı ilə bağlı ciddi suallar doğurur. Paneldə təmsil olunan britaniyalı deputatlar ötən onilliklər ərzində davamlı anti-Azərbaycan mövqe sərgiləyən şəxslərdir. Maraqlıdır ki, paneldə keçmişdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü və işğalçılıq siyasətini dəstəkləyən ənənəvi parlamentarilərdən başqa mövzu üzrə neytral mövqeyə malik heç bir parlamentari daxil edilməyib. Belə olan halda, sorğunun obyektivliyinə kim ümid bəsləyə bilər? Aydındır ki, burada məqsəd hər hansı obyektiv hüquqi nəticəyə gəlmək deyil, artıq mövcud olan qərəzli mövqeyi Britaniya parlamentində aktiv saxlamaqla normallaşma səylərinə Britaniya hökumətinin dəstəyini səngitməkdir.

    Həmçinin sorğunun ilkin mərhələsində Azərbaycanın heç bir rəsmi qurumu ilə əlaqə saxlanılmayıb, toplanan məlumatlar isə yoxlanılmayıb və təsdiqlənməyib. İkinci mərhələdə isə sorğu çərçivəsində suallar yalnız elektron poçt vasitəsilə cavablandırılır ki, bu da prosesin şəffaflığı ilə bağlı haqlı suallar yaradır.

    Sorğu çərçivəsində Britaniya parlamentində fevralın 25-də keçiriləcək ilk dinləmədə Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBAHRI-nin) dəvəti əsasında “Center for Justice and Truth” adlı QHT-nin müvafiq hesabat təqdim etməsi gözlənilir. CFJT-nin internet səhifəsində yerləşdirilən hesabatda regionun tarixi geniş şəkildə təhrif olunub, separatizm prizmasından təqdim edilib, Qarabağın Azərbaycan ərazisi olması faktı sual altına alınıb. IBAHRI-nin parlamentdəki ilk dinləmə üçün bu cür qərəzli təşkilata müraciət etməsi sorğunun ümumi məqsədinin nədən ibarət olduğunu bir daha ortaya qoyur.

    Otuzillik işğal dövründə Ermənistan hakimiyyəti tərəfindən Qarabağda və Şərqi Zəngəzurda, həmçinin Ermənistanda Azərbaycan xalqına məxsus yüzlərlə mədəni, dini və tarixi irs nümunələri sistemli şəkildə dağıdılıb, təhqir olunub və mənşəyi təhrif edilib. Eyni zamanda, Azərbaycan xalqına qarşı etnik təmizləmə, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədilib. Bəs nə üçün IBAHRI sözügedən beynəlxalq hüquq pozuntularına diqqət yetirmir? Bu cür yanaşma hüquqi obyektivlik və qərəzsizlik prinsipləri ilə uyğun gəlirmi?

    Xüsusilə vurğulamaq yerinə düşər ki, IBAHRI öz rəsmi veb-səhifəsində hüququn aliliyinin təmin edilməsini və beynəlxalq faktaraşdırma sahəsində qərəzsiz hesabatların hazırlanmasını əsas prinsipləri kimi bəyan edir. Əgər IBAHRI hazırkı sorğunu dayandırmayacaqsa və bu prinsiplərə uyğun hərəkət etməyəcəksə, bu halda həmin bu müddəaları rəsmi internet səhifəsindən çıxarmalıdır.

    Biz bu sorğunun təşəbbüskarlarının fəaliyyətinin Böyük Britaniya Parlamentinin müvafiq etik mexanizmləri çərçivəsində - Britaniya hökumətinin regionla bağlı rəsmi xarici siyasət kursunu sabotaj edən addım kimi araşdırılmasını tələb edir və bu qərəzli yanaşmanı hüququn siyasi məqsədlər naminə alətə çevrilməsi presedenti kimi kəskin pisləyirik.

    Sorğu prosesinin dərhal dayandırılmasını tələb edirik!

    Biz Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldu məsələni təxirə salınmadan araşdırmağa və baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq. Biz bu mövzuda səfir Fergus Auld ilə görüşməyə hazırıq”.

    Açıq məktubu imzalayıblar:

    1. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri

    2. Rizvan Nəbiyev – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü

    3. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri

    4. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri

    5. Səidə Qocamanlı – “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri

    6. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

    7. Zaur İbrahimli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

    8. Oğuz Məmmədov – “Zəngi - Tarixi İrsin Öyrənilməsi” İctimai Birliyinin sədri

    9. Dilqəm Əhməd – “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri

    10. Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

    11. Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri

    12. İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri.

    #Normallaşma prosesi #Azərbaycan QHT-ləri #Britaniya parlamenti #Beynəlxalq Vəkillər Assosiasiyası #Böyük Britaniya–Azərbaycan münasibətləri #insan hüquqları institutu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Britaniyada SEPAH-ın statusu ilə bağlı qərar yaxınlaşır

    13 İyul 2026 22:58

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

    13 İyul 2026 21:48

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir

    13 İyul 2026 21:03

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Tarixdə bu gün - 23 İyun

    23 İyun 2026 00:01

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb

    29 May 2026 16:21

    Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün hazırlıqlar tamamlanıb

    13 May 2026 10:42

    Bu gün Uinston Çörçill Baş Nazir postundan istefa verdi

    5 Aprel 2026 02:00

    Azərbaycan QHT-ləri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıb

    25 Dekabr 2025 18:54

    ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir

    21 Noyabr 2025 00:10
    XƏBƏR LENTİ

    Etibar necə qurulur? Böyük markaların güvən strategiyasının sirri

    İnfluencer marketinqində əsas səhv - Markalar niyə təbiiliyi itirir?

    Sevmədiyiniz geyimlə alış-verişə getməyin - Beynin gizli müqayisə mexanizmi seçimlərimizi necə dəyişir?

    ABŞ prezidentinin oğlu niyə öldürüldü?

    Tarixdə bu gün - 14 İyul

    Britaniyada SEPAH-ın statusu ilə bağlı qərar yaxınlaşır

    Senator Kris Mörfi Trampın İran siyasətini sərt tənqid edib

    Kanada banklarına süni intellekt təhlükələri ilə bağlı xəbərdarlıq edilib

    ABŞ İrana qarşı dəniz blokadasının başlanacağı vaxtı açıqlayıb

    İran Hörmüz boğazının qoruyucusu olaraq qalacaq - Abbas Əraqçi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.