Merkel Strasburqdakı Avropa Parlamentində keçirilən tədbirdə çıxış edərək, Rusiyanın Ukraynaya qarşı hücumlarının barışı zəiflətdiyini və ABŞ-ın yeni təhlükəsizlik doktrininin keçmiş zəmanətləri təmin etmədiyini vurğulayıb. Keçmiş kansler Avropanın sülh, rifah və demokratiya prinsiplərinə sadiq qalmasının vacibliyini qeyd edib və sosial media və süni intellektin düzgün tənzimlənməsinin informasiya axını üçün kritik əhəmiyyət kəsb etdiyini bildirib.
#Avropa İttifaqı (Aİ)
Macarıstanın sabiq Baş naziri Viktor Orbanın siyasi səhnədən çəkilməsi Aİ-də Ukraynanın üzvlük prosesinə dair müzakirələri yenidən gündəmə gətirib. Macarıstanın tətbiq etdiyi veto uzun müddət Ukraynanın Aİ-yə inteqrasiyasını faktiki olaraq bloklayıb. Hazırda Brüssel bu maneənin aradan qalxacağına ümid etsə də, prosesin qarşısında ciddi siyasi və hüquqi çətinliklər qalır.
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ilə münasibətlərin hətta münaqişə başa çatdıqdan sonra da normallaşmayacağını bildirib. Bu məsələnin yaxın zamanda keçiriləcək xarici işlər nazirlərinin toplantısında da müzakirə olunacağı bildirilib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın Avstriyaya rəsmi səfəri çərçivəsində verdiyi bəyanatlar həm Türkiyə-Aİ münasibətləri, həm də regional münaqişələrin həlli istiqamətində mühüm strateji mesajlarla zəngindir. Hakan Fidan çıxışında Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin qarşısındakı əsas maneənin texniki şərtlər deyil, məhz Aİ daxilindəki "siyasi iradə çatışmazlığı" olduğunu vurğulayıb.
Fridrix Merts rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı bloku Avropa Komissiyasının sədri Ursula von der Leyenə qarşı sərt tələblər irəli sürməyə hazırlaşır. Məlumata görə, alman konservatorları Brüsselin biznes üzərində nəzarətinin azaldılmasını və Avropa İttifaqının bürokratik qaydalarının sadələşdirilməsini tələb edir. Əks halda, Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində addımların atılacağı bildirilir.
2025-ci ilin yanvarında ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi qlobal ticarət balanslarını dəyişdirib. Vaşinqtonun xarici ölkələrə qarşı tətbiq etdiyi yeni gömrük tariflərinə cavab olaraq, Avropa İttifaqı strateji bir addım ataraq Hindistan ilə iqtisadi və hərbi əlaqələrini ən yüksək səviyyəyə çatdırıb. Aprelin 2-də Ağ Evin elan etdiyi sərt ticarət məhdudiyyətləri Avropa Komissiyasını illərdir ləngiyən "Azad Ticarət Sazişi" danışıqlarını sürətləndirməyə sövq edib.
Avropa İttifaqı İranla bağlı danışıqların nəticələrinin riskli ola biləcəyi barədə xəbərdarlıq edib. Kaya Kallas ABŞ və İran arasında aparılan danışıqlarda nüvə sahəsi üzrə ixtisaslaşmış ekspertlərin iştirak etməməsinin gələcək razılaşmanı zəiflədə biləcəyini bildirib
Azərbaycana məxsus gəmilər Aİ-nin sanksiya siyahısından çıxarılıb.
Avropa İttifaqı Macarıstanın vetonu geri götürməsindən sonra Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketini yekdilliklə təsdiqləyib. Ukrayna Prezidenti Volodimir Zelenski bu addımı “doğru siqnal” kimi qiymətləndirərək bildirib ki, Rusiyaya qarşı təzyiqin artırılması və Ukraynaya dəstəyin gücləndirilməsi münaqişənin həlli üçün vacibdir. Maliyyə paketinə əsasən, 2026-cı ildə 45 milyard avronun mərhələli şəkildə ayrılması nəzərdə tutulur. Bu məbləğin 16,7 milyard avrosu maliyyə, 28,3 milyard avrosu isə hərbi dəstək üçün istifadə olunacaq. Qalan hissənin isə 2027-ci ildə verilməsi planlaşdırılır.
Avropa Parlamentinin Sol Qrupundan olan belçikalı deputatlar Rudi Kennes və Mark Botenqa üzv ölkələrin Avropa İttifaqı ilə İsrail arasındakı Ortaqlıq Sazişini dayandıra bilməməsini kəskin pisləyiblər. Botenqa bu vəziyyəti böyük bir utanc adlandıraraq ittifaqın Rusiyaya qarşı mədəniyyət tədbirlərinə görə dərhal sanksiya tətbiq etdiyini lakin Livanı bombalayan və Fələstində etnik təmizləmə aparan İsrailə qarşı hərəkətsiz qaldığını vurğulayıb.