Məlumata görə, hərbi yerləşdirmə planı Avropa komandanlığı altında fəaliyyət göstərəcək on minlərlə hərbçinin, komanda və nəzarət sistemlərinin, müşahidə və kəşfiyyat elementlərinin cəlb olunmasını nəzərdə tutur. Bu razılaşma Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri arasında keçən ay keçirilən görüşdə əldə edilib. Bundan əlavə, məsələdən xəbərdar olan üç diplomata istinadən bildirilir ki, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer, NATO-nun baş katibi Mark Rutte və Ursula von der Leyen kimi Avropa liderləri Ukrayna məsələsini müzakirə etmək üçün Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə cümə axşamı Parisdə görüşəcəklər.
#Avropa İttifaqı (Aİ)
Portuqaliyanın paytaxtı Lizbon Universitetində aparılan yeni araşdırma göstərib ki, avtomobillərin rəngi şəhərlərdə temperaturun artmasına ciddi təsir göstərir. Xüsusilə qara rəngli nəqliyyat vasitələrinin yaydığı istilik ətraf mühitin temperaturunu bir neçə dərəcə yüksəldə bilər.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının (BMT) təsisçi prinsiplərini əsas gətirərək ABŞ-ı Fələstin rəsmilərinə viza qadağasına yenidən baxmağa çağırıb.
Avropa İttifaqı (Aİ) İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyata başlaması qərarını şərh etməyə hazır olmadığını açıqlayıb. Bu barədə Aİ-nin ali diplomatik nümayəndəsi Kaya Kallas Kopenhagendə keçirilən Aİ-nin qeyri-rəsmi nazirlər görüşünün ilk gününün yekunlarına dair mətbuat konfransında danışıb.
Aİ, Ukraynanın 2025-ci ilin martından etibarən qeyd-şərtsiz atəşkəsə sadiq qaldığını, lakin Rusiyanın hücumları gücləndirdiyini iddia edib. “Rusiya ölümlərə son qoymalı və sülh iradəsi göstərməlidir,” – deyə bəyanatda vurğulanıb. Aİ, Ukraynaya dəstəyini davam etdirəcəyini və 19-cu sanksiyalar paketi ilə Rusiyaya təzyiqi artıracağını açıqlayıb. Bu sanksiyaların hazırlanmasında ABŞ ilə əməkdaşlıq xüsusi olaraq qeyd olunub.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Avropa üçlüyünün (Fransa, Almaniya və Britaniya) “Snapback” mexanizmini işə salmaq cəhdini qanunsuz və əsassız addım kimi qiymətləndirib. Əraqçi bu fikirləri Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə cümə axşamı axşam saatlarında baş tutan telefon danışığında səsləndirib.
Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaja Kallas bəyan edib ki, qarşıdakı 30 gün İranın nüvə proqramı ətrafında diplomatik həllin tapılması üçün “önəmli fürsət pəncərəsi” açır. O, bildirib ki, Avropa dövlətlərinin sanksiyaları yenidən qüvvəyə gətirmək üçün işə saldıqları mexanizm, diplomatiya üçün yeni imkan yaradır.
Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) və danışıqların iflasa uğramasından sonra ölkəyə qarşı sanksiyaların bərpası məsələsini müzakirə etmək üçün avqustun 29-da qapalı məsləhətləşmələrin keçirilməsini tələb ediblər. Bu barədə diplomatik mənbə məlumat yayıb.
London İmperial Kollecinin World Weather Attribution qrupuna görə, iqlim dəyişikliyi Türkiyə, Yunanıstan və Kiprdə yanğın şəraitini 10 dəfə artırıb, həddindən artıq istilər və quru bitki örtüyü yanğın riskini gücləndirib. Aralıq dənizi ekosistemləri tez-tez və şiddətli yanğınlar səbəbindən tarazlığı itirir, karbon dövranı pozulur, torpaq eroziyası və su çirklənməsi riski artır. Aİ Mülki Müdafiə Mexanizmi bu yay ən böyük yanğınsöndürmə qüvvələrini səfərbər edib. Tüstü Fransa və Böyük Britaniyaya yayılıb, havanın keyfiyyətini pisləşdirib. Alimlər daha isti və quru iqlim səbəbindən gələcəkdə yanğınların artacağını xəbərdar edir və meşə idarəçiliyi ilə qalıq yanacaq istifadəsinin azaldılmasını tələb edir.
ABŞ Prezidenti Donald Tramp, Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə dair mövqeyini dəyişməyə razı salıb. Politico nəşri bu barədə Avropa diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Cenevrədə İran ilə “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında nüvə proqramı üzrə növbəti danışıqlar başa çatıb. Məlumatına görə, müzakirələrin nəticəsinə dair açıqlama verən İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran diplomatiyanın və mübahisəli məsələlərin qarşılıqlı faydalı həllinin tərəfdarı olaraq qalır.
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Budapeşti açıq şəkildə hədələyib və şantaj edib. Baş nazirin sözlərinə görə, Ukraynanın hədə və təzyiqlərlə Aİ-yə üzv olması mümkün deyil. O əlavə edib ki, Zelenskinin sözləri “nəticəsiz qalmayacaq”.