"Reuters" xəbər agentliyi yüksək rütbəli bir İran rəsmisinə istinadən xəbər verir ki, İsrail və ABŞ-ın birgə həyata keçirdiyi hava zərbələri zamanı paytaxt Tehranın cənub hissəsində yerləşən bir neçə nazirlik binası hədəf alınıb. Mənbənin bildirdiyinə görə, zərbələr dövlət idarəçiliyi və təhlükəsizlik koordinasiyasında mühüm rol oynayan hökumət binalarını vurub. Tehranın cənub rayonlarında baş verən bu partlayışlar dövlət aparatının mülki və hərbi logistika qanadlarını iflic etmək məqsədi daşıyıb. Hazırda zədələnmiş nazirliklərin dəqiq siyahısı və itkilərin miqyası rəsmi orqanlar tərəfindən dəqiqləşdirilir.
#İsrail İran münasibətləri
İsrail İrana qarşı "qabaqlayıcı zərbə" endirdiyini açıqladı. İranın paytaxtı Tehranda partlayış səslərinin eşidildiyi bildirilir.İsrail müdafiə nazirliyinin verdiyi açıqlamada İran ərazisində ümumilikdə ondan çox hərbi obyektin vurulduğu bildirilib. Hadisə ilə bağlı açıqlama verən İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edildiyini bəyan edib.
ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ölkədə baş verən kütləvi etiraz aksiyalarından sonra Vaşinqtona qarşı ritorikanı sərtləşdirərək, hərbi qüvvələrin "barmağının tətikdə" olduğunu bəyan edib. Bu xəbərdarlıq, ABŞ Prezidenti Donald Trampın Tehranın hələ də danışıqlara maraq göstərdiyini bildirməsi və eyni zamanda bölgəyə nəhəng hərbi donanma göndərməsi fonunda səslənib.
İranın paytaxtı Tehranda İsrail xeyrinə casusluqda ittiham olunan Əli Ərdəstani edam edilib. Ali Məhkəmənin təsdiqi və bütün hüquqi prosedurların icrasından sonra Ərdəstaninin Mossadın xeyrinə casusluq etməsi və ölkə ilə bağlı həssas məlumatları xaricə ötürməsi ittihamı üzrə çıxarılan edam hökmü icra olunub. Onilliklərdir İran ilə İsrail arasında davam edən gizli qarşıdurma fonunda Tehran indiyədək Mossad ilə əlaqədə ittiham olunan bir sıra şəxsləri edam edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İraqın Tehran və Vaşinqton arasında dialoqu təşviq etmək səylərini müsbət qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, istənilən danışıqlar prosesi effektiv və real nəticələr verməsi üçün müəyyən edilmiş diplomatik prosedurlara uyğun aparılmalıdır. Bəqayi Tehranda keçirilən həftəlik mətbuat konfransında diplomatiyanın İranın milli maraqlarının qorunmasında əsas vasitələrdən biri olduğunu və faydalı olduğu hallarda bu alətdən istifadə olunacağını vurğulayıb.
İran bazar ertəsi günü raket proqramının sırf müdafiə məqsədi daşıdığını və hücumların qarşısını almağa yönəldiyini bəyan edərək, ölkənin raket arsenalının müzakirə mövzusu olmadığını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, ölkənin raket proqramı İran ərazisini qorumaq məqsədilə hazırlanıb və danışıqlar predmeti deyil. “İranın raket proqramı ölkənin ərazi bütövlüyünü müdafiə etmək üçün inkişaf etdirilib, bu, müzakirə mövzusu deyil. Aqressorları İranı hədəfə almaq fikrindən daşındırmaq üçün nəzərdə tutulan müdafiə imkanlarımız danışıla bilməz,” – deyə Bəqayi vurğulayıb.
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Vaşinqton razılığa gəlməyə çox yaxın olublar, lakin ABŞ “sıfır zənginləşdirmə” tələb etdiyindən proses uğursuz olub və nəticədə ABŞ diplomatiya əvəzinə qarşıdurmanı seçib. Əraqçi Muskatda “Musa əl-Fərrac ” proqramına verdiyi müsahibədə Oman Sultanlığının uzunmüddətli və effektiv vasitəçilik rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, beynəlxalq münasibətlər ABŞ və İsrailin nəzarətsiz güc tətbiqindən təsirlənərək “cangüdümlü qanun” vəziyyətinə qayıdıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli sözçüsü bildirib ki, İsrail rejimi hər hansı yeni təcavüz aktına daha “ciddi” cavab alacaq. İİKK sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə müavini briqada generalı Əli Məhəmməd Nəyini bu açıqlamaları İranın Tabarestan televiziya kanalında verib.“Düşmənin yeni məqsədi yoxdur və səhvlərini təkrarlamaq imkanına malik deyil”, – Nəyini deyib.
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İran beynəlxalq dəniz yollarında piratçılıqla məşğuldur və Marşall adalarının bayrağı altında üzən gəmini ələ keçirməsi ilə bunu açıq şəkildə etiraf edib. Saaar X- platforunda yayımladığı paylaşımda qeyd edib: