#Sürətli Dəstək Qüvvələri (RSF)

G7 ölkələrinin xarici işlər nazirləri, Sudanda Sürətli Dəstək Qüvvələri (SDQ) tərəfindən mülki şəxslərə və humanitar yardım işçilərinə qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyərək, dərhal atəşkəsin təmin olunmasına çağırıb. Kanada, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Avropa İttifaqı (Aİ) nümayəndələri Kanada, Niagara bölgəsindəki toplantıdan sonra ortaq açıqlama yayıblar. Açıqlamada vurğulanıb ki, RSF-nin hücumları qətiyyətlə pislənir və bu münaqişənin yaratdığı aclıq dünyanın ən böyük humanitar böhranına çevrilib.

Türkiyə bölgədə baş verən prosesləri diqqətlə izləyir, mümkün dəstək variantları dəyərləndirilir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudandakı hazırkı vəziyyəti şərh edərkən deyib. Ekspertlərə görə, Türkiyə ilkin mərhələdə neytral diplomatiya yürüdüb, humanitar kanalları açıq saxlayıb və səfirliyin fəaliyyətini Port Sudanda davam etdirib. Həmçinin son dövrdə Ankaranın siyasi mövqeyinin Sudan ordusuna daha yaxın olduğu qeyd olunur.

Sudanın Humanitar Yardım Komissiyasının Komissarı Selva Adem bildirib ki, Türkiyə heç bir şəxsi maraq daşımır, yalnız Sudandakı qardaşlarına humanitar yardım göstərdiyini bilirlər. Selva Adem, Sürətli Dəstək Qüvvələrinin (RSF) hücumları və toqquşmalar səbəbilə Şimali Darfur və Şimali Kordofan bölgələrindən əl-Dəbbe və əl-Ubeyd şəhərlərinə sığınan on minlərlə insanın təcili yardıma ehtiyacı olduğunu qeyd edib.

Sudanda ordu ilə toqquşan “Sürətli Dəstək Qüvvələri” (RSF) ABŞ-ın humanitar yardım üçün nəzərdə tutulan atəşkəs təşəbbüsünə razılıq verib. RSF tərəfindən yayılan açıqlamada humanitar fəaliyyətlərin həyata keçirilməsi üçün atəşkəs planına razılıq verildiyi bildirilib. Ancaq tərəflər arasında 2023-cü ildən bəri davam edən döyüşlərin bir çox bölgədə fasilələrlə davam etdiyi qeyd olunur.