İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin son açıqlamalarına sərt reaksiya verib. Nazir Almaniyanın bir vaxtlar Avropanın inkişafının “mühərriki” olduğunu, lakin hazırda “geriləmənin mühərrikinə” çevrildiyini bildirib. İran XİN rəhbəri Almaniya kanslerini siyasi sadəlövhlükdə və məsuliyyətsiz mövqedə ittiham edib. O, 2025-ci ilin iyununda İsrailin zərbələri nəticəsində min nəfərdən çox iranlının həlak olmasını xatırladaraq, həmin dövrdə Mertsin bu hadisələri “sevinc”lə qarşıladığını iddia edib. Əraqçi həmçinin kanslerin İranın guya “bir neçə həftəyə çökməsi” ilə bağlı açıqlamalarını reallıqdan uzaq adlandırıb.
#Fransa
Latviya və Estoniya rəhbərliyi Avropa İttifaqını Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıb və bu məqsədlə Aİ-nin xüsusi nümayəndəsinin təyin olunmasını təklif edib. Latviyanın Baş naziri Evika Siliņa və Estoniya Prezidenti Alar Karis Avropa İttifaqının Rusiya ilə dialoq prosesində birbaşa iştirak etməsinin vacibliyini vurğulayıblar.
İqtisadiyyat nazirinin birinci müavini “İƏİT Avrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib.
ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteynlə bağlı istintaq çərçivəsində 3 milyondan çox yeni sənədi ictimaiyyətə açıqlayıb. ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanşın verdiyi məlumata əsasən, Epşteyn işi üzrə əlavə sənədlərin dərc edilməsi şəffaflığın təmin olunması məqsədi daşıyır. Yeni açıqlanan materiallar arasında müxtəlif elektron yazışmalar, qeydlər və əlaqə məlumatları yer alır.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransadan tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 133 milyon 273 min 96 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Fransadan tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq, 10 milyon 756 min 1 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.
Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın hökumət rəhbəri Yens-Frederik Nilsen Berlində Almaniya kansleri Fridrix Mertslə görüşüblər. Məlumata görə, danimarkalı və qrenlandiyalı liderlər çərşənbə günü Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. Görüşlərdə hazırkı beynəlxalq siyasi vəziyyət və Avropanın təhlükəsizlik baxımından daha güclü mövqe tutmasının vacibliyi müzakirə olunacaq.
Fransa uşaqlarını qorumaq üçün radikal addım atdı. Parlamentdə sabaha qədər davam edən marafon iclasda millət vəkilləri sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələrə qarşı "dur" deyib. Fransa Parlamenti bazar ertəsi günü 15 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya mebel ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq, 246 milyon 761 min 85 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Fransaya mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 22 milyon 367 min dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq, 25 milyon 988 min 84 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Fransaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 2 milyon 334 min 4 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.
21 yanvar 2026-cı il tarixində, Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi xanım Sabira Soltongeldiyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər Fond və Milli Komissiya arasında Türk dünyasının mədəni irsinin qlobal səviyyədə qorunması, inkişafı və təbliği sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vasitəsilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya dəri məhsulları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq, 76 milyon 163 min 45 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Fransaya dəri məhsulları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq, 5 milyon 123 min 42 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.
Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb. Komandalar Almaniyanın Münhen şəhərindəki “Arena München” stadionunda qarşılaşıb.